Bakıda aktyoru fəhlə kimi işlətdilər - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İllər əvvəl aktyor kimi işə götürüldüyü mədəniyyət müəssisəndə indi fəhlə kimi çalışır. Özü də nə az, nə çox, 272 manat məvaciblə. Təkcə işlədiyi müəssisədə deyil, onun digər binalarına da fəhlə kimi göndərilir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu iddiaları Bakı Dövlət Sirkində yardımçı fəhlə vəzifəsində çalışan Emin Süleymanov səsləndirib.
Emin Süleymanov iddia edir ki, müəssisə rəhbərliyi iki əvvəl onu vəzifəsindən azad edib. Elə Eminlə işlədiyi müəssisə arasındakı problemlər də bundan sonra başlayıb.
Emin Süleymanovun iddiasına görə o, müqavilədə göstəriləndən artıq işlədilir. İşləmək istəməyən əməkdaşları da müəssisə rəhbərliyi təhdid edir.
Məsələ ilə bağlı Bakı Dövlət Sirkinə müraciət etdik.
Sirkin direktor əvəzi Nahid Ağayev "Xəzər Xəbər"ə bildirdi ki, Emin Süleymanovla bağlanmış əmək müqaviləsinin müddəti bitib və peşə ixtisası aktyorluğa uyğun olmadığı üçün müqavilə yenilənməyib. Emin Süleymanov yenidən iş üçün müraciət edib və o, yardımçı fəhlə kimi işə götürülüb. Sirkin hazırkı inzibati binasında proqramların nümayişi müvəqqəti olaraq dayandırılıb. Təmir-yenidənqurma dövründə ölkə tamaşaçılarına sirk proqramlarının nümayişi üçün yeni ünvan müəyyən edilib. Orada hazırda yüngül konstruksiyalı sirkin quraşdırılması prosesi gedir. Əməkhaqqı məbləği hazırda sirkin fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən əmək qanunvericiliyinə müvafiq üçdə iki nisbətində ödənilir. Fəaliyyət yeni ünvanda bərpa olunan kimi əməkhaqqı məbləği ştat cədvəli səviyyəsində olacaq. Bakı Dövlət Sirkinin inzibati binasında əməkdaşlar hazırda heç bir iş görmürlər. Bütün texniki heyət yeni ünvanda işlərə cəlb olunub.
Daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Brüs Uillisin dili tutuldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
XƏBƏR LENTİ
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı





