Ölkə

Hüseynin evinə hücum edən qadın saxlanıldı

5 Sentyabr 2025 11:30
Baxış: 563
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, tanınmış bloqer Hüseyn Həsənov Bakıda yaşadığı evdə hücuma məruz qalması barədə məlumat yayıb. O, əvvələr tanıdığı qadının onun evinə gələrək bıçaqla hücum etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Qafqazinfo"ya bildirib ki, bloqer Hüseyn Həsənovun evinə hücum edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

"1993-cü il təvəllüdlü, psixi xəstəliklərdən əziyyət çəkən qadın saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsi təmin olunub", - qurum rəsmisi əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.