Sağlamlıq

Tualetə telefonla gedənlər üçün böyük risk: Mütəxəssislər xəbərdarlıq etdi

5 Sentyabr 2025 00:24
Baxış: 358
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mütəxəssislər, tualetdə həddindən artıq vaxt keçirməyin sağlamlıq üçün təhlükə yaratdığını bildirirlər. ABŞ-də aparılan bir araşdırma göstərib ki, xüsusilə ağıllı telefon istifadəsi tualetdə qalma müddətini uzadaraq babasil (hemoroid) riskini 46 faiz artırır. Alimlər, tualetdə vaxtın yalnız bir neçə dəqiqə ilə məhdudlaşdırılmasını və bu müddətdə rəqəmsal cihazlardan uzaq durulmasını tövsiyə edirlər.

ABŞ-nin Boston şəhərində yerləşən Beth Deaconess Tibb Mərkəzində Dr. Trisha Pasrichanın rəhbərliyi ilə aparılan araşdırmada, kolonoskopiya etdirən 125 yetkin şəxsin sağlamlıq qeydləri və tualet vərdişləri təhlil edilib. Nəticələrə görə, iştirakçıların 66 faizi tualetdə uzun müddət qaldığını, 37 faizi isə bu müddətin 5 dəqiqədən çox olduğunu bildirib.

Dr. Pasricha, xüsusilə tualetdə telefon istifadəsinin ciddi risk faktoru olduğunu vurğulayıb. Mesajlaşmaq, sosial mediada vaxt keçirmək kimi davranışlar babasil riskini 46 faiz artırır.

Araşdırma nəticəsində məlum olub ki, tualetdə uzun müddət oturmaq anal və rektal nahiyədəki damarlara təzyiq göstərir. Bu isə toxumalara zərər verərək zamanla babasil yaranmasına səbəb ola bilər. Tədqiqat nüfuzlu "PLOS One" tibb jurnalında dərc olunub.

Mütəxəssislər qeyd edirlər ki, yalnız telefon istifadəsi deyil, ağır yük qaldırmaq, hamiləlik, genetik meyllilik, artıq çəki və yaşlanma da hemoroid riskini artıran amillərdəndir.

Dr. Pasricha bildirib:

"Tualetdə vaxt bir neçə dəqiqəni keçməməlidir və bu prosesdə telefon istifadə olunmamalıdır. Müasir həyatın ayrılmaz parçasına çevrilən telefonlar bəzi hallarda sağlamlığa ciddi mənfi təsir göstərə bilər."

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.