Baş ağrılarının gizli səbəbi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Əgər mütəmadi olaraq küt və zoqquldayan baş ağrılarından əziyyət çəkirsinizsə, bu, təkcə yorğunluq və ya miqrenlə bağlı olmaya bilər".
Milli.Az xəbər verir ki, rusiyalı ortodont İrina Didenko "Gazeta.ru"ya müsahibəsində baş ağrılarının daha az nəzərəçarpan səbəblərindən danışıb.
Onun sözlərinə görə, gərgin baş ağrılarının qiymətləndirilməmiş səbəblərindən biri dişləmə pozuntusu nəticəsində yaranan çeynəmə əzələlərinin hipertonusu ola bilər.
"Oklyuziya (üst və alt diş cərgələrinin bir-birinə uyğun gəlməsi - red.) pozulduqda diş-çənə sisteminə yük qeyri-bərabər paylanır. Bu isə çeynəmə əzələlərinin həddindən artıq gərginliyinə, nəticədə onların xroniki spazmına və baş ağrılarına səbəb ola bilər", - deyə Didenko bildirib.
Mütəxəssisin fikrincə, uzunmüddətli hipertonus zamanı əzələlər daimi narahatlıq mənbəyinə çevrilir. Pasiyentlər çox vaxt gicgah və ya başın arxa hissəsində sıxıcı ağrılardan, başda ağırlıqdan və istirahətdən sonra belə keçməyən yorğunluqdan şikayətlənirlər.
Dişləmə pozuntusunun əlamətləri bəzən gizli ola bilər:
- diş minasının sürətli aşınması,
- çənə oynaqlarında tıqqıltı və ya xırtıltı,
- çeynəmədə çətinlik,
- üz və boyun nahiyəsində tez-tez ağrılar.
Çox vaxt xəstələr uzun danışdıqdan və ya yemək yedikdən sonra çənələrində "yorğunluq" hiss edirlər.
Dişləmə pozuntusu bruksizmə də səbəb ola bilər. Bruksizm - dişlərin qeyri-ixtiyari sıxılması və ya sürtülməsi (əsasən yuxu zamanı) deməkdir. Bu hal səhərlər baş ağrısı, yorğunluq və enerji çatışmazlığı ilə müşayiət oluna bilər. Uzun müddətdə isə dişlərin zədələnməsinə, çatların yaranmasına və diş minasında həssaslığın artmasına səbəb olur.
Həkimin sözlərinə görə, bu problemi ortodontik müalicə ilə həll etmək olar - məsələn, breketlərlə və ya daha müasir elaynerlərlə. Elaynerlər müalicə zamanı çeynəmə əzələlərində gərginliyi azaldır, dişlərin aşınmasının qarşısını alır və estetik baxımdan da üstünlük təşkil edir.
"Bir çox pasiyentlər təəccüblənirlər ki, dişləmənin düzəldilməsindən sonra yalnız gülümsəmələri yaxşılaşmır, həm də baş ağrıları keçir, yuxuları və ümumi vəziyyətləri normallaşır. Bu, təəccüblü deyil, çünki orqanizm vahid bir sistemdir və dişləmə burada mühüm rol oynayır", - deyə İrina Didenko əlavə edib.
Mütəxəssis vurğulayıb ki, mütəmadi baş ağrıları, dişlərin sürtülməsi, səhərlər yorğun oyanma və ya çənə nahiyəsində ağrı hallarında ortodont həkiminə müraciət etmək vacibdir.
"Düzgün diaqnostika və kompleks müalicə yanaşması yalnız simptomları yox, problemin səbəbini də aradan qaldırmağa kömək edir", - deyə Didenko bildirib. /Oxu.Az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Pulumu itirməyi deyil, aldadılmağımı qəbul edə bilmirəm” - (Video)
-
Alma, portağal və vişnə deyil: Ən güclü antioksidant mənbəyi olan meyvə şirəsi açıqlandı
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)





