Sağlamlıq

Koronavirusda immunitet qalıcı deyil, qrip kimi dəfələrlə XƏSTƏLƏNƏ BİLƏRİK

15 İyul 2020 07:21
Baxış: 1 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərəli mütəxəssislər koronavirusa qarşı immuntetin daimi olmadığını, xəstələrin hər an yenidən koronavirusa yoluxacaqlarını açıqlayıblar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, İngiltərədə aparılan araşdırmada məlum olub ki, koronavirus xəstələri immuntetlərini itirərək, qripdə olduğu kimi gələn il yenidən yoluxa bilərlər. Londonun ''Guys and St Thomas'' xəstəxanasında aparılan araşdırmada 90-dan artıq tibb işçisi və xəstələrin immuntet sistemi araşdırılıb. Virusa qarşı savaşan antikorlar virus yoluxduğu anda yüksələrək, 3 həftədən sonra sürətlə aşağı düşüb. Qan testlərinin nəticəsinə görə virusa yoluxanların 60 faizi güclü immuntet sayəsində sağalıblar. Ancaq üç ay sonra sadəcə 17 faiz insan virusa qarşı immunitetini qoruyub saxlaya bilib. Mütəxəssislərin fikrincə immunteti qorumağın ən yaxşı yolu virusa qarşı peyvəndin vurulmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.