Sağlamlıq

Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

11 İyul 2020 16:28
Baxış: 2 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.

"Bədənin tükənməsi səbəbindən bu insanlar üçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq", - deyə, o əlavə edib.

Bundan əvvəl bildirilmişdi ki, o, koronavirus infeksiyası keçirmiş kişilərdə sonsuzluq yarana bilər. Tibb işçilərinin sözlərinə görə, COVID-19-dan sağalan kişilərin spermasının keyfiyyəti 38 faiz azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.