ABŞ prezidenti Donald Tramp və Cefri Epşteynlə bağlı yeni qalmaqal yaranıb.
Milli.Az xəbər verir ki, onun milyarder Cefri Epşteynə göndərdiyi iddia edilən ad günü məktubu ictimaiyyətə açıqlanıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin demokrat üzvləri tərəfindən yayılan sənəddə qadın silueti əllə çəkilmiş formada görünür. Məktubun Trampın imzası və adı ilə müşayiət olunması diqqət çəkib.
İddialara görə, sözügedən məktub 2003-cü ildə Epşteynin ad günü hədiyyə paketinə daxil edilib. Mətnin içində Tramp Epşteynə belə müraciət edib:
"Dostluq möcüzə bir şeydir. Ad günün mübarək. Ümid edirəm ki, hər günün başqa bir gözəl sirr olsun" .
Tramp isə məktubu göndərdiyini qəti şəkildə təkzib edir. O, xəbəri dərc edən "The Wall Street Journal"a qarşı 10 milyard dollarlıq iddia qaldırıb.
Fidan
Milli.Az