Sağlamlıq

Rusiya Səhiyyə naziri koronavirusun hansı orqanlara ən çox təsir etdiyini açıqladı

10 İyul 2020 23:28
Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Səhiyyə naziri Mixail Muraşko "Rusiya-1" kanalında yayımlanan "Vesti" proqramında koronavirusun ən çox ürək və ağciyərlərin işinə təsir etdiyini deyib.

Milli.Az xəbər verir ki, nazir ürək xəstələrinin xüsusilə müalicəyə ehtiyacı olduğunu xatırladıb. O qeyd edib ki, ağciyərlər ən həssas orqana çevrilib:

"Tibb mütəxəssisinin köməyini tələb edən ikinci əhəmiyyətli problem ürək xəstəlikləridir".

Nazir əlavə edib ki, COVID-19 ağciyərlərin iş qabiliyyətini və həyati imkanlarını bərpa etməyə imkan vermir. Onun sözlərinə görə, xəstələr bədən enerjisinin tükənməsi səbəbindən dərhal ağır fiziki məşqlərə başlamamalıdır.

Xatırladaq ki, Mixail Muraşko Rusiyada koronavirusa qarşı 17 perspektiv peyvəndin olduğunu söyləmişdi. Səhiyyə naziri qeyd etmişdi ki, peyvəndlər könüllü olacaq. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.