Bu sabun və şampunlar körpələrin dərisinə daha uyğundur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqların sağlamlığı həm də gigiyenik qaydalara əməl edilməsindən asılıdır. Analar bu sahədə daha həssas olurlar, lakin təmizlik vasitələrindən istifadə zamanı hansı məsələlərə diqqət yetirilməsini bilmək çox vacibdir. Balacaların dərisi zərif və həssas olduğuna görə yalnız onlar üçün istehsal edilən məhsullara üstünlük verilməlidir.
Milli.Az bildirir ki, həkim-dermatoloq Solmaz Orucova AZƏRTAC-a deyib: "Uşaq dərisi üçün ən çox nəmləndirici xüsusiyyətə malik olan kremlərdən istifadə etmək məsləhətdir, lakin gərək onların da tərkibində heç bir qatqı və hormonal maddələr olmasın. Tərkibi A və E vitaminləri ilə zəngin olan başqa kosmetik vasitələrdən də istifadə etmək olar".
Mütəxəssislər bildirirlər ki, şampun, sabun və digər təmizlik vasitələri uşağın dərisinə uyğun seçilməlidir. Həkim-dermatoloq qeyd edib ki, ilk növbədə, sabunu və ya maye sabunu köpük halına gətirəndən sonra körpənin dərisinə sürtmək lazımdır, çünki birbaşa təmas uşağın dəri səthinin qoruyucu funksiyasını aşağı sala bilər. Bundan başqa, ən çox quru dərisi olan uşaqlar üçün tərkibində qliserin, vazelin, kokos yağı və yaxud zeytun yağı olan sabunlardan istifadə edilməlidir.
Yaş kateqoriyasını da nəzərə almaq çox əhəmiyyətlidir, çünki hər yaşa uyğun təmizlik vasitələrinin tərkibi fərqli olur. Körpələr üçün əlavə rəng qatqısı, allergik təsiri olmayan sabun və şampunlar daha məqsədəuyğundur. Tərkibində efir yağı olan təmizlik vasitələrindən isə uşağın 3 yaşından etibarən istifadə etmək olar. Sərt sabunlarla isə yalnız körpələrin əllərini yumaq məsləhətdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)





