Sağlamlıq

Daban çatlarından qurtulmaq üçün ideal vasitələr

3 Avqust 2020 07:34
Baxış: 2 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ən çox yayılan dəri problemlərindən biri də çatdır. Xüsusən də daban nahiyəsində yaranan çatlar ağır fəsadlar yarada bilər. Çatlar dərinləşdikcə isə qanaxma və infeksiyaya səbəb olur.

Milli.Az xəbər verir ki, daban çatları ən çox quru dəridə yaranır. Odur ki, yay mövsümünədək ideal dəri, xüsusən dabana sahib olmaq istəyirsinizsə, bu vasitələrdən istifadə edin.

Zeytun yağı

Pambıq diskləri zeytun yağına batırıb, problemli nahiyəni 10-15 dəqiqə ərzində masaj edin. Sonra isə pambıq corab geyinib, bir saat gözləyin.

Yaxud 1 xörək qaşığı zeytun yağına bir neçə damcı limon (lavanda yağı) qarışdırın, eyni qaydada istifadə edin.

Limon şirəsi

Limon suyu da dərini təmizləyir, rəngini gözəlləşdirir, həmçinin ölü hüceyrələri bərpa edir. Limon suyu ilə dərini siləndən sonra mütləq yuyub, krem çəkin.

Dəriniz əvvəlki hamarlığına qovuşanadək proseduru hər gün təkrarlayın. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.