Sağlamlıq

Siqaretin mutasiya və xərçənglə əlaqəsi sübut edildi

29 Aprel 2020 20:57
0 Şərh     Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin York Universitetinin tədqiqatçıları siqaretin yaratdığı toksinlərin DNT-yə necə ziyan vurduğunu açıqlayıb.

Milli.Az xəbər verir ki, elmi araşdırmanın nəticələri "Medical Xpress" saytında yayımlanıb. Araşdırma məsanə (böyrəkdən süzülən sidiyin yığıldığı və xaricə atıldığı, adalələrdən ibarət içi boş orqan) xərçənginin səbəbini və xəstəliyin siqaretlə əlaqəsini aşkar etməyə kömək edəcək.

Elm adamları laboratoriyada məsanə toxumasını böyüdüb və siqaret tüstüsü komponentlərinə məruz qoyub. Bundan sonra mütəxəssislər təcrübə zamanı ortaya çıxan unikal mutasiyaları tapmaq üçün hüceyrələrin DNT-sini təhlil edib. Siqaretin genetik materiala ziyan vurduğu ortaya çıxıb, ancaq məsanə xərçəngi toxumalarında mutasiyaların yalnız kiçik bir hissəsi müvafiq toksinlər səbəbindən meydana gəlib.

Beləliklə, siqaret məsanə xərçəngi üçün əsas risk faktoru olsa da, tüstü toksinləri tərəfindən DNT-nin birbaşa zədələnməsi bu tip bədxassəli şişlərin yaranmasının əsas səbəbi ola bilməz. Zərərli maddələr genlərə zərər verən və APOBEC fermentlər ailəsini cəlb edən digər mexanizmləri işə sala bilər. Bu fermentlər viruslarda mutasiyaya səbəb olur və bədənin təbii müdafiəsinin bir hissəsidir, lakin bəzən sağlam hüceyrələrin DNT-sinə zərər verərək xərçəng yaradır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.