Sağlamlıq

Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər

9 Fevral 2020 15:24
0 Şərh     Baxış: 2 743
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tez-tez müşahidə olunan baş fırlanması hormonal xəstəliklərlə də əlaqədar ola bilər. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər bunun səbəbinin hormonal xəstəliklərlə əlaqəli ola biləcəyini irəli sürüblər.

Alimlərin sözlərinə görə, baş fıranmasının ilkin səbəbləri arasında tiroid hormon qeyri-kafiliyinin (Hipotiroid) rolu var. Tiroid vəzin funksiyasının azalması halsızlığa, yorğunluğa, çəkinin artmasına, qəbizliyə, baş fırlanmasına səbəb ola bilir.

Onların sözlərinə görə, tiroid vəzinin daha çox fəaliyyətdə olması isə əks təsirlərə səbəb ola bilir. Bunun əsas əlamətləri isə tərləmə, iştahın açılması, çəkinin azalması, əsəbilik, əlin titrəməsidir.

Alimlərin fikrincə, hipertiroid kişilərlə müqayisədə qadınlarda 10 qat daha çox müşahidə edilir.

Alimlər bildirirlər ki, hormonal xəstəliklərdən qaynaqlanan baş fırlanmasının əsas əlamətləri sırasında gözün qaralması, ayaqların sanki yerdən üzülməsidir. Bu kimi əlamətləri özündə müşahidə edən şəxslərə endokrinoloqa müraciət etmək tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.