Sağlamlıq

Həftədə 49 saatdan çox işləyirsinizsə... - Alimlərdən XƏBƏRDARLIQ

27 Aprel 2020 03:30
0 Şərh     Baxış: 1 567
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da aparılan bir araşdırmaya görə, uzunmüddət çalışanlarda yüksək təzyiqin yaranma ehtimalı var. Kanada bu yöndə 3500-dən çox işçi üzərində tədqiqat aparılıb. Nəticədə, digər insanlarla müqayisədə həftədə 49 saat və daha çox çalışanlarda yüksək təzyiq riski 70 %-ə yüksəlib.

Milli.Az xəbər verir ki, araşdırma zamanı yaş, cinsiyyət, təhsil səviyyəsi, peşə, siqaretdən istifadə, bədənin immunitet səviyyəsi və digər sağlamlıq faktorları əsas götürülüb.

Tədqiqat qrupunun rəhbəri, Laval Universitetinin əməkdaşı Xavier Trudel bildirib ki, insanlar uzun müddət çalışmağın sağlamlıqlarına təsir edə biləcəyinə diqqət yetirməli, əgər uzun müddət çalışırlarsa, daim həkim yoxlanışından keçmək kimi önəmli məsələni diqqətdə saxlamalıdırlar.

Qeyd edək ki, dünyada 1 milyondan çox yüksək təzyiq xəstəsi var. Bu da insanlarda ürək-damar xəstəlikləri, iflic, hətta bəzən ölüm təhlükəsini də artırır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.