Sağlamlıq

Qəlyanın ölçüyəgəlməz ziyanları - Həkim

20 Yanvar 2020 20:30
0 Şərh     Baxış: 1 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər qəlyan çəkənlərin sayında artım müşahidə olunur. Ən dəhşətlisi isə çəkənlər arasında 16-30 yaş arasında olan qadınların çoxluq təşkil etməsidir. Hətta bir çoxları qəlyanı sırf siqareti tərgitmək bəhanəsi ilə çəkir. Lakin mütəxəssislər hesab edir ki, qəlyanın zərərləri siqaretlə müqayisədə daha çoxdur.

Milli.Az bildirir ki, mövzu ilə bağlı axar.az-a danışan nevropatoloq Qalib Əsədov deyib ki, 1 qəlyanın insan orqanizminə təxminən 50 siqaretin verdiyi zərərə bərabər zərər yetirdiyi sübut olunub.

"Belə düşünün ki, bir qəlyan çəkəndə 50 siqaret çəkmiş olursunuz. Bundan belə qənaətə gəlinir ki, siqaretin yaratdığı xəstəliklərə qəlyan çəkənlərdə 50 dəfə çox rast gəlinir. Baş rolda da xərçəng. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşunun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir".

Q.Əsədov bildirib ki, qəlyanın borusu da infeksiya mənbəyidir:

"Qəlyandan gün ərzində onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Gənclərə məsləhətim odur ki, sağlamlıqlarının qədrini bilsinlər və hətta qəlyan çəkilən yerlərdən uzaq dursunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.