Öskürək və onun yaranma səbəbləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açar sözlər: öskürək, tənəffüs sistemi, bronxlar, müalicə.
Öskürək tənəffüs sistemi xəstəliklərinin əlamətlərindən biridir. Bəzən xəstəlik sağalsa da, uzunmüddətli öskürək müşahidə edilir. Bu isə bir çox şəxsdə narahatlığa səbəb olur.
Öskürəyin yaranma səbəbləri. Öskürəyin yaranma səbəbləri arasında tənəffüs sistemi xəstəlikləri - sinusit, bronxit və pnevmoniya, mədə-bağırsaq traktı xəstəlikləri - qastroezofageal reflyuks, ağciyərlərin irsi, anadangəlmə xəstəlikləri, anomaliyaları, vərəm, allergik xəstəliklər, astma və başqa xəstəliklər dura bilər. Öskürək, həmçinin tənəffüs yollarına toz, qaz, tütün tüstüsü, maye və s. düşməsi ilə əlaqədar, bəzən də həyəcan keçirəndə və emosional gərginliklə üzləşəndə də baş verir.
Bəlğəmin olub-olmamasından asılı olaraq öskürək produktiv (nəm) və qeyri-produktiv (quru), davametmə müddətinə görə isə öskürək kəskin və xroniki olur. Əgər öskürək 3 həftəyə qədər sürərsə, bu, kəskin öskürək, 3 həftədən uzun sürərsə, onda xroniki öskürəkdir.
Öskürəyə necə qalib gəlmək olar?
Öskürək uzun müddət davam edərsə, səbəbini öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Həkim müayinə və analizlər nəticəsində öskürəyin səbəbini müəyyənləşdirəcək və ona uyğun müalicə təyin edəcəkdir.
Lakin bu, o demək deyil ki, öskürəyi ev şəraitində müalicə etmək mümkün deyil.
• Birincisi, vaxtınızın əksər hissəsini keçirdiyiniz otağı tez-tez havalandırmaq, otağın havasını nəmləndirmək lazımdır.
• İkincisi, xeyli miqdarda ilıq maye qəbul etmək lazımdır.
• Üçüncüsü, siqaretdən imtina etmək (heç olmasa müvəqqəti) lazımdır.
Müalicə tədbirləri kompleksində öskürək əleyhinə bitki mənşəli vasitələr mühüm yer tutur. Təbii mənşəli vasitələr öskürəyin bütün növlərində təsir göstərir: onlar bəlğəmin xaric olmasına, bronxların təmizlənməsinə, bronxlardakı ödemin azalmasına və iltihabın aradan qalxmasına kömək edir. Bronxların və öskürək reseptorlarının qıcıqlanmasını azaldır, bununla da öskürək refleksinin azalmasına səbəb olaraq, bu əzabverici simptomdan xilas edir.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)





