Qripdən necə qorunmalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Açar sözlər: qrip, virus, simptomlar, profilaktika.
Qrip, hava-damcı yolu ilə ötürülən yuxarı tənəffüs yollarının iltihabı ilə xarakterizə olunan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna aiddir. ÜST məlumatına görə, qrip epidemiyaları il ərzində 3-5 milyon hallarda ağır xəstəliyə və 390-650 min insanın isə ölümünə səbəb olur. Virus burun boşluğuna daxil olduqda, burun-udlağın arxa divarına keçir. Orada membrandan hüceyrəyə nüfuz edir, bununla da virusun bölünməsi və orqanizmin yoluxması başlayır. Xəstəliyin şiddəti mülayim dərəcədən ağır hipertoksik formalara qədər dəyişir.
Qripin əsas simptomları və ağırlaşmaları. Qripin inkubasiya dövrü bir neçə saatdan 1-3 günə qədər davam edir. Xəstəlik kəskin şəkildə başlayır, xəstənin bədən istiliyi 40 °C dəqər qalxır, şiddətli zəiflik, baş ağrısı, titrəmələr, başgicəllənmə, işıq qorxusu, tərləmə, boğazda quruluq və qızartılar, əzələlərdə və oynaqlarda ağrılar, halsızlıq, burunla nəfəsalmanın pozulması, gözlərdə və qaşlarda ağrı. Qripin ağır formalarında damarların kollapsı, beyin ödemi, hemorragik sindrom inkişaf edir, gedişata ikincili bakterial ağırlaşmalar qoşulur.
Qripin profilaktikası yolları. Qripdən effektiv qorunma yollarından biri vaksinasiyadır (qrip əleyhinə peyvənd). Bədənin qoruyucu funksiyasını artıran bitki mənşəli vasitələri (exinaseya, eleuterokokk), həmçinin multivitamin kompleksləri qəbul edə bilərsiniz. Bağırsaq mikroflorası immun sisteminin formalaşmasında mühüm rol oynayır. Bağırsaq mikroekologiyasının pozulması, bifidobakteriyalar və laktobakteriyaların çatışmazlığı bağırsaqda patogen bakteriyaların koloniya əmələ gətirməsi üçün şərait yaradır. Qida maddələrinin mənimsənilməsinin azalması nəticəsində hüceyrə və humoral immunitet azalır.
KRVİ dövründə virusla yoluxmamaq üçün ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə edə bilərsiniz. Ofisdə, dükanda, məktəbdə şəxsi gigiyena qaydalarına əməl etməyə çalışın. Burnu duzlu məhlullarla yuya, oksolin məlhəmdən istifadə edə bilərsiniz.
Xəstələndiyiniz halda evdə qalın, dərhal həkimə müraciət edin, yataq rejiminə əməl edin və mümkün qədər maye qəbul edin.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün +99455 355 77 00 (whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz. Çatdırılma ÖDƏNİŞSİZDİR.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





