Tənhalıq hissi özünə qapanmanı artırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özlərini tənha hiss edənlər onlara doğma olan insanlardan daha çox uzaqlaşmaq istəyirlər. ABŞ-ın Çikaqo Universitetinin mütəxəssisləri apardıqları tədqiqatların nəticəsində bu qənaətə gəliblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər 600 nəfərin iştirak etdiyi iki araşdırma aparıblar. İştirakçılar əvvəlcə özlərini nə qədər tənha hiss etdiklərini bildirən testdən keçiriliblər. Sonra psixoloqlar könüllülərin dost, qohum, tanış və özlərinə yad olan insanlara nə qədər yaxın məsafədə dayanmaq və ya oturmaq istədiklərini müşahidə ediblər.
Məlum olub ki, çox güclü tənhalıq hissi insanı ən doğmalarından iki dəfə uzaqlaşdırır. Bu hissin güclü olması insanlarla aradakı məsafəni artırmağa məcbur edir.
"Siz özünüzü kütlə və ya ailə həyatı içində də tənha hiss edə bilərsiniz. Əldə edilənlərlə arzulananların üst-üstə düşməməsi tənhalıq hissi yaradır", - bu sözləri araşdırmalarda iştirak edən alimlərdən biri, psixiatriya və hərəkətin neyrobiologiyası üzrə mütəxəssis Stefani Kaçiopo deyib.
Alimlər yeni araşdırmanın bundan əvvəl onlar tərəfindən təqdim olunmuş evolyusion tənhalıq modelini bir daha sübut etdiyi qənaətindədirlər. Məsələ burasındadır ki, tənhalıq hissi beyində iki əks proqramı hərəkətə gətirir: sosial əlaqələrin genişləndirilməsi və özünümüdafiə. İkinci hiss insanları potensial təhlükə olaraq görür və onlarla məsafə saxlamağa məcbur edir. Bunun nəticəsində insanın daxilində gedən mübarizə tənhalıq hissini daha da artırır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək





