Sağlamlıq

Hiperaktiv uşaqların davranışı belə olur- ƏLAMƏTLƏR

18 Oktyabr 2024 14:18
Baxış: 28 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Ailem.az-a istinadən "Narınc" Uşaq Psixologiya Mərkəzinin psixoloqu Elnurə Cahangirovanın hiperaktiv uşaqlarla bağlı məqaləsini təqdim edir.

Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər.

Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə yanaşmalı, onlara dəstək olmalıdırlar. Hiperaktivliyin gətirdiyi çətinlikləri keçə bilmək üçün valideynlər uşaqlarının həkimi, psixoloqu və müəllimləri ilə mütəmadi əlaqə saxlamalıdırlar.

Qeyd edək ki, hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir və başqa uşaqlara nisbətən çox fəal olmalıdırlar. Bəzi hiperaktiv uşaqlarda isə diqqətini cəmləyə bilməmək, düşünmədən hərəkət etmək kimi əlamətlər özünü göstərsə də, onlarda həddindən artıq hərəkətlilik müşahidə olunmur. Bundan başqa qız uşaqlarında fəallıq, hərəkətlilik olmadan da diqqət əskikliyi özünü göstərə bilər. Bu vəziyyətdə isə diaqnoz qoymaq çətindir. Çünki bu vəziyyət səssiz, özünə qapanan qız uşaqlarında bir müddət gizli qala bilər. Diqqətini cəmləyərkən çəkdiyi çətinlik, diqqətinin tez yayınması ara-sıra gözə dəyər.
Uşaqlar böyüklərə nisbətən daha fəal və hərəkətlidirlər. Ancaq hiperaktiv uşaqlarda bu hərəkətlilik uşağın öz yaşıdları ilə müqayisədə diqqətə çarpacaq qədər çoxdur. Uşaqların hərəkətliliyi oyunlar zamanı, bağçada, məktəbdə və ya evdə olarkən ailə və müəllimlər üçün problem yaratdıqda həddindən artıq hərəkətlilik kimi xarakterizə edilir. Digər tərəfdən hiperaktiv uşağın qısa müddətli işlər ərzində televiziyaya baxmaq, kompüter oyunu oynamaq kimi əyləncələr zamanı çox diqqətli olduğunu da görə bilərsiniz.
 
Hiperaktiv uşaqların davranışı
 
Belə uşaqlar diqqətini cəmləməkdə çətinlik çəkir, mebellərin üstü ilə gəzir, evin içində qaçır, daim əllərində hansısa bir oyuncaq və ya əşya ilə oynayır, növbəsini gözləmək məsələsində də çox səbirsizdilər. Lakin bu uşaqlar diqqət əskikliyi göstərmədən saatlarla televizora baxır, kompüter oyunları oynayırlar. Belə bir halda uşaq necə hiperaktiv ola bilər?
Cavab çox asandır. Kompüter oyunları və televiziya uşaqların diqqətini cəmləyərək xəbərdarlıq göndərir. Yəni bu uşaqlar televizora baxarkən və ya kompüter oyunlarını oynayarkən passiv mövqedədirlər və diqqətlərini kənardan gələn xəbərdarlıqlar sayəsində cəmləyə bilirlər.
 
Hiperaktiv uşaqların valideynlərinin nəzərinə
 
Hiperaktiv uşaqlar həm valideynlərə, həm də ailənin digər üzvlərinə böyük problemlər yaradır. Müalicə olunmayan hiperaktiv uşaq ailəyə narahatlıq yaratmağa davam edəcək. Bu səbəbdən də uşağınıza davranışını idarə edə bilməsi üçün sizə kömək etmək məqsədilə bir neçə məsləhət veririk:
 - Uşağınız üçün gündəlik bir proqram hazırlayın. Onun yemək yediyi, yuyunduğu, məktəbə getmək üçün evdən çıxdığı vaxtı hər gün eyni saatlarda müəyyən edin.
- Hiperaktiv uşaqlar ancaq yanlış bir şey etdikləri zaman böyüklərin diqqətini çəkirlər. Bu səbəbdən də uşağınızı gözəl sözlər deyərək qucaqlayıb mükafatlandırmağınız, müsbət davranışları üçün kiçik hədiyyələr verməyiniz çox önəmlidir. Valideyn və digər ailə üzvləri və yoldaşları tərəfindən olan bu cür müsbət dəstək və sevgi uşağınızın özünü yaxşı hiss etməsini təmin edəcək. Bu uşaqlar üçün ən uyğun davranış forması onları cəzalandırmaq əvəzinə mükafatlandırmaqdır. Onlarla danışarkən mümkün qədər düz gözlərinə baxmaq, bəzən kürəyini və ya əlini tutaraq toxunmaq da yaxşı nəticə verir.
- Məktəbdə uşaq lövhəyə yaxın olan parta arxasında, sakit bir uşağın yanında, müəllimin asanlıqla gördüyü, tez gedib toxunaraq təmas qura biləcəyi və xəbərdarlıq edə biləcəyi yerdə oturmalıdır.
- Öyrənmə çatışmazıqları varsa, pedaqoji üsullar tətbiq olunur. Hiperaktiv uşaqların təhsil almasında ailə üzvlərinin və uşağın ünsiyyətdə olduğu insanların rolu da çox böyükdür. Belə uşaqlar da məktəbdə ən azı digər yoldaşları qədər müvəffəqiyyətli ola bilirlər. Uşağın hiperaktiv olması əsla onun kifayət qədər ağıllı olmadığını göstərmir. Hiperaktiv uşaqlar nizamsız və diqqətsiz ola bilərlər. Lakin bu, onların öyrənmə qabiliyyətlərinin olmamasından xəbər vermir. Bu, onların hiperaktivliyindən irəli gəlir.
Sonda isə əziz valideynlərə məsləhətim odur ki, pozitiv düşünsünlər. Övladlarının daxili aləmi ilə daha yaxından maraqlansınlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.