Sağlamlıq

Yuxusuzluğa dərman çarə deyilmiş

20 İyul 2015 15:44
0 Şərh     Baxış: 2 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çoxları elə düşünür ki, yuxu dərmanı yuxusuzluğa yardım edir. Amma bu, əslində belə deyil.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, gecə saatlarında həb qəbul etdikdə, çox ehtiyatlı olmaq lazımdır.

Əcnəbi tibb mütəxəssislərinin fikrincə, bu dərmanlar insanın yuxu sisteminə müsbət təsir göstərmir, əksinə insanda dərmana asılılıq yaradır.

Onların qənaətinə görə, insan gecə qəfildən yuxudan ayıldıqda yuxu dərmanı qəbul etməli deyil. Yuxu problemi olan hər kəs ilk növbədə bunun səbəbini müəyyən etmək üçün həkimə müraciət etməlidir. Alimlər yuxusuzluqla mübarizədə təbii profilaktik üsullara önəm verilməsini üstün tuturlar. Yatmazdan əvvəl rahatlıq gətirəcək idman və nəfəs hərəkətləri, açıq havada gəzintinin davamlı yuxu üçün effektiv olduğu məsləhət görülür.

Diqqət çəkən məqam isə ondan ibarətdir ki, günün digər saatları və xüsusilə nahardan sonra yatmamaq gecə yuxusuna müsbət təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.