Uşaqları boyamağın ciddi TƏHLÜKƏSİ – Valideynlərin nəzərinə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Valideynlərin bir çoxu qız övladlarının kiçik yaşlardan etibarən gözəl görünməsini istədikləri üçün onlara dırnaq boyası çəkməyi adi hal kimi qəbul edir. Ancaq bu "məsum" gözəllik oyununun arxasında hansı təhlükələrin gizləndiyini çox az adam düşünür.
Milli.Az bildirir ki, mütəxəssislərin fikrincə, dırnaq boyaları, xüsusilə də uşaq orqanizmi üçün nəzərdə tutulmayan, ucuz və keyfiyyətsiz məhsullar tərkibində zərərli kimyəvi maddələr daşıyır.
Formaldehid toluen və ftalat kimi maddələr allergik reaksiyalar, tənəffüs problemləri, hətta hormonal sistemdə pozuntular yarada bilər. Bu maddələr isə uşaqların hələ tam formalaşmamış immun sistemlərinə mənfi təsir göstərir.
Pediatrlar düşünür ki, uşaqların dırnağına lak çəkmək onların dərisiylə və selikli qişasıyla təmasda olan maddələrin daha tez sorulmasına səbəb olur. Onlar əllərini tez-tez ağızlarına apardıqları üçün bu maddələr bədənə birbaşa daxil ola bilər.
Estetik baxımdan valideynləri sevindirən bu vərdiş, psixoloji baxımdan da risklidir. Erkən yaşlarda makiyaj və gözəllik anlayışına alışan uşaqlar öz görünüşlərinə həddindən artıq önəm verməyə, özlərini yalnız xarici görünüşlə ifadə etməyə başlaya bilərlər. Bu isə onların özünəinamına, şəxsiyyətlərinin inkişafına və gələcəkdə formalaşacaq dəyərlərinə mənfi təsir edə bilər.
Bəs nə etməli?
Psixoloqlar valideynləri uşaqlarla bu mövzuda açıq şəkildə danışmağa, onlara sağlamlıq və təbiilik haqqında doğru məlumatlar verməyə çağırırlar. Uşaqlar üçün xüsusi olaraq hazırlanmış, toksik olmayan dırnaq lakları mövcuddur, lakin onlardan da yalnız xüsusi günlərdə və məhdud şəkildə istifadə etmək tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir
-
Bakıda kollecdə qanlı hadisənin səbəbi açıqlandı - (Video)
-
“Bakıda olduğum üçün çox xoşbəxtəm”: Devid Qarrettin virtuoz skripkası, rok hitləri və simfonik enerjisi
-
Gürcüstanda azərbaycanlı qardaşlar güllələndi
-
Türkiyədə silahlı hücumda ölənlərin sayı 9-a çatıb - Yenilənib
-
Bu şəxslər 3600 manat maaş alacaq
-
Çingiz imicini dəyişdi - (Foto)
-
Rəsmi Moskva: Heç kəs Ermənistanı zorla KTMT-də saxlamır
-
Qarabağ Ustası: Strategiya, Suverenlik və Azərbaycanın Qələbəsi
-
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
-
İşğal olunmuş rayon sakini ilə evli kişilərə də "məcburi köçkün" statusu veriləcək
-
“Məcburi köçkün” statusu və vəsiqəsinin verilməsi qaydaları dəyişib





