Bahalı əməliyyatları bahalı edən nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İki gün əvvəl facebook-da bir elana rast gəldim. 8 aylıq uşaq qaraciyər serrozundan əziyyət çəkir və onun müalicəsi üçün 45 min manat lazımdır. Kollektiv olaraq gücümüz çatandan pul toplayıb elanda göstərilən bank hesabına köçürməyi qərara aldıq. Eyni zamanda, belə bir sualı müzakirə etdik: belə bahalı əməliyyatları bahalı edən nədir?Adil Qeybulla: "Azərbaycanda bir sıra əməliyyatlar xaricdəkindən hətta 8-10 dəfə ucuzdur"
Qeyd edək ki, dünyada və Azərbaycanda ən bahalı əməliyyatlar orqan transplantasiyasıdır. Hazırda müasir tibb böyrək, qaraciyər, mədəaltı vəzi, ürək, ağciyərlər, gözün buynuz qişası və nazik bağırsaq transplantasiyasını reallaşdırmağa imkan verir. Bu ilin əvvəlindən isə İsveçdə eksperimental layihə çərçivəsində 10 qadına uşaqlıq köçürülüb. Açıqlanan məlumatlara görə, bu qadınlardan bəzisinin anadangəlmə uşaqlığı olmayıb, bəziləri isə uşaqlığın bədxassəli şişinə görə əməliyyat olunublar. Əməliyyat olunan qadınlar hamısının yaşı 30 civarındadır. Həkimlər ümid edir ki, qadınlar tezliklə hamilə qala biləcək. Amma uşaqlıq uşaqlıq borusu ilə birləşdirilmədiyi üçün transplantasiya olunmuş qadınlar ancaq süni yolla mayalanmadan sonra hamilə qala bilərlər. Əməliyyatı reallaşdıran həkimlər briqadasının rəhbəri Matsa Brennstreym bildirib ki, bu, cərrahiyyənin xüsusi yeni növdür: "Bu, yeni cərrahiyyədir. Bunun üçün dərsliklər yoxdur". İndi analoji əməliyyatların Macarıstan və Britaniyada da həyata keçirilməsi planlaşdırılır.
Göründüyü kimi, bahalı əməliyyatların əhatəsi getdikcə genişlənməkdədir. Bu gün orqan transplantasiyası inkişaf etmiş ölkələrdə tibbi xidmətin ayrılmaz bir atributuna çevrilib. Amma inkişaf etməkdə olan ölkələrdə orqan transplantasiyasının həmişə problemli olması xüsusi vurğulanmalıdır. Orqan transplantasiyasının təşkilinin mürəkkəbliyi, bahalı olması və mütəxəssis hazırlığı kimi məsələlər onu az inkişaf etmiş ölkələrdə çətin, hətta bəzən əlçatmaz edir.
Azərbaycanda iqtisadi inkişaf, insanların maddi imkanlarının artması orqan transplantasiyasına marağı artırır. Hazırda ölkəmizdə orqan transplantasiyası ilə bağlı Qərb ölkələrində mövcud olan təcrübənin öyrənilib bu sistemin qurulması prosesi gedir. Ölkəmizdə bir sıra əməliyyatların həddən artıq baha olması görüntüsü yaransa da, araşdırmalar göstərir ki, yaxın və uzaq xarici ölkələrdə bizdən heç də ucuz deyil. Məsələn, böyrək köçürmə əməliyyatlarının qiyməti Azərbaycanın dövlət müəssisələrində 15-16 min manata, özəl müəssisələrdə isə 20-25 min manata başa gəlir. Düzdür, qonşu İranda bu rəqəm 15-20 min dollar təşkil edir, lakin mütəxəssislər bildirirlər ki, Azərbaycanda aparılan böyrəkköçürmə əməliyyatları daha keyfiyyətlidir. Türkiyədə və Qərbi Avropa ölkələrində isə bu əməliyyat bizdəkindən bir neçə dəfə bahadır. Qaraciyər köçürülməsi əməliyyatının qiyməti Azərbaycanda 40-50 min manat arasındadır. Müqayisə üçün deyək ki, qonşu Türkiyədə bu rəqəm 130 min dollar həndəvərində dəyişir. Yəni bizdəkindən təxminən 2 dəfə baha.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, hətta bəzi əməliyyatlar var ki Azərbaycanla Türkiyədə onun qiyməti arasında 8-10 dəfə fərq var: "Məsələn, burada öd kisəsi əməliyyatı özəl klinikalarda 800-1000 manatdırsa, Türkiyədə elə klinikalar var ki, 15 minə edilir. Bizdə tibbi xidmət ucuzdur. Sadəcə, insanların əməkhaqlarına, gəlirlərinə baxdıqda baha görünür. Tibbi xidmətin keyfiyyəti baxımından dünya ilə müqayisədə bunlar çox gülünc qiymətlərdir. Bundan çıxış yolu sığorta təbabətinin tətbiqidir. Ehtiyac yarandıqda xərcləri sığorta qarşılayır və dövlət bu yükü öz çiynində hiss etmir. Bu zaman təbabət və xidmət yüksək səviyyədə olacaq, vətəndaş da razı qalacaq, həkimlə xəstə arasında olan neqativ münasibətlər də aradan qalxacaq".
Bahalı əməliyyatların niyə baha olması sualına gəlincə, A.Qeybulla bildirdi ki, burada mürəkkəblik başlıca rol oynayır: "Məsələn, qaraciyər transplantasiyası çox mürəkkəb əməliyyatdır. Donor var, əməliyyatda istifadə olunan avadanlıqlar, iştirak edən tibbi personal var. Hesab edirəm ki, əməliyyatların qiymətinin vətəndaşın cibinə uyğun olmamağı onun baha olmasına dəlalət etmir. Bizdə həmişə cibimizə uyğun rəy olur ki, bahadır. Amma məsələn, yoğun bağırsaq üzərində müasir əməliyyatlar aparılır, orada istifadə olunan birdəfəlik alətlər var ki, bəzən dəyəri 2 min manata yaxın olur. Əməliyyatın digər xərclərini də hesablayanda gəlib 4 minə çıxır qiymət. Bu, vətəndaş üçün böyük puldur, amma əslində real qiymətdir. Elə bir vəziyyət yaratmalıyıq ki, qiymətlər xaricdəki kimi baha da olsa, əməliyyatlar əlçatmaz olmasın. Bunun üçün isə qeyd etdiyim kimi, tibbi sığortanı var gücü ilə işə salmaq lazımdır. Belə bahalı əməliyyatlar hər gün olmur ki. Min adamdan birində o cür bahalı əməliyyatlara ehtiyac yaranır. Əgər tibbi sığorta vacib əməliyyatları, doğuşu, təxirəsalınmaz yardımı və s. qarşılasa, vətəndaşlar üçün də xeyli asanlıq yaranar. Xəstə nə bilir ki, əməliyyat necə aparılır, real dəyəri nədir. Onun üçün vacib olanı odur ki, əməliyyat keyfiyyətli olsun, nəticəsini görsün".
Həmsöhbətimizin sözlərinə görə, hazırda bütün dünyada ən bahalı əməliyyatlar orqan transplantasiyası, ürək üzərində əməliyyatlar, xaricdə onkoloji xəstələr üzərində polikimyəvi, radioloji terapiya proseduraları sayılır. Ümumi cərrahlığın böyük əməliyyatları - mədəaltı vəzidə, ağciyərlərdə, qida borusu üzərində olan əməliyyatlar da ən bahalı əməliyyatlar sırasındadır.
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
Hər gün üzüm yesək, nə olar?
-
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
-
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Bu qidalar beyin damarlarına zərər verə bilər
-
Diabet xəstələri banan yeyə bilər?
XƏBƏR LENTİ
-
Hər gün üzüm yesək, nə olar?
-
Gün batdıqdan sonra heç vaxt etməməli olduğunuz şeylər
-
Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu
-
Romantik axşam üçün sevgi dolu 5 maraqlı film
-
Günün qoroskopu: Hər bir qərarı çox ehtiyatla verin
-
"Barselona" - "Real": hansı kanallarda?
-
Sumqayıtda kəmər partlayıb, evləri su basıb - (Video)
-
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
-
“Səhər bunu yeyəndə efirdə yuxum gəlir” - Aytən Səfərova
-
Həkimlərin maaşına 25 faizədək əlavə oluna bilər
-
Eldəniz və Sənan Astanada tarix yazdı
-
Satıcı çox, alıcı isə yox dərəcəsindədir – Bakı avtomobil bazarında son vəziyyət - (Video)
-
20 il sürə biləcəyiniz ən ucuz avtomobil
-
“Yasda oturub gülməli söhbət edir, başqasanın nömrəsini istəyir“ - Ağamirzə Məmmədov
-
Bakı Bulvarındakı Zeytun Festivalı başa çatdı - (Foto)
-
Qızıl aldı, ziyana düşdü - (Video)
-
Toralın komandası böyük hesabla qalib gəldi
-
XII Bakı Beynəlxalq Kitab Sərgisində Sərvinaz Eminovanın “Pampuşun səyahəti” kitabı təqdim olunub - (Foto)
-
“Bu mövsüm çempionluq mübarizəsi daha ağır olacaq” - Dambrauskas
-
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
-
Deputat oğlunun qətlə yetirilən Ceyhunla gizli keçmişi: "Qara biznes" və ortaq foto üzə çıxdı
-
Tramp: İrana qarşı hərbi əməliyyat keçirə bilərik
-
Deputatın oğlu barəsində dörd aylıq həbs qərarı verildi - Yenilənib - (Video)
-
İngiltərə Premyer Liqası: “Liverpul” qələbə qazanıb, “Yunayted” öz meydanında darmadağın olub





