Sağlamlıq

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05
Baxış: 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveçdə aparılan yeni araşdırma göstərir ki, gündə üç-dörd fincan qəhvə içmək bioloji qocalma prosesini yavaşlada bilər.

Milil.Az xəbər verir ki, alimlərin sözlərinə görə, orta miqdarda qəhvə istehlakı hüceyrələrin qoruyucu hissəsi olan telomerlərin uzunluğunu artıraraq insanı bioloji olaraq təxminən beş il daha gənc göstərə bilər.

Tədqiqatda 11 il ərzində ruhi xəstəlik diaqnozu qoyulmuş 436 nəfərin gündəlik qəhvə istehlakı izlənilib. İştirakçılar "heç vaxt içməyənlər", "1-2 fincan içənlər", "3-4 fincan içənlər" və "gündə beş və daha çox fincan içənlər" olaraq qruplaşdırılıb.

Gündə 3-4 fincan qəhvə içənlərin telomerləri daha uzun olub

Bu qrupun bioloji yaşı qəhvə içməyənlərlə müqayisədə təxminən 5 il daha gənc hesablanıb

Gündə 5 və daha çox fincan içmək isə bu üstünlüyü aradan qaldırır

Tədqiqatçılar bildirirlər ki, qəhvədəki antioksidant və iltihabəleyhinə maddələr telomerlərin qısalma prosesini yavaşlada bilər. Lakin həddindən artıq qəhvə istehlakı əks təsir göstərə, hüceyrə zədələnməsinə səbəb ola bilər.

Tədqiqat qrupundan Dr. Monika Aas deyib:

"Telomerlər oksidləşdirici stressə qarşı həssasdır. Qəhvənin tərkibindəki faydalı birləşmələr hüceyrə qocalmasını yavaşlada bilər, lakin gündə dörd fincandan artıq içmək tövsiyə olunmur."

Mütəxəssislər orta miqdarda qəhvə istehlakının sağlamlığa müsbət təsir göstərə biləcəyini vurğulayırlar, lakin hər kəs üçün uyğun olmadığını da qeyd edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.