Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova 6 ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı aşkar edilib ki, bir sıra sosial şəbəkə platformalarında şəxsi istifadə məqsədilə ölkəyə gətirilmiş və ya poçt vasitəsilə sifariş olunmuş qida məhsulları qanunsuz şəkildə satışa çıxarılır: "Bu tendensiyanın ən qabarıq müşahidə olunduğu sahələrdən biri idmançı qidalarıdır. Belə məhsulların hətta idman zallarında və idman mallarının satışı ilə məşğul olan mağazalarda da satıldığı hallara rast gəlinir. Eyni zamanda, bioloji aktiv qida məhsullarının da qanunsuz satışının həyata keçirildiyi hallar aşkar edilir. Daha narahatedici məqamlardan biri isə xüsusilə qadınlara yönəlmiş arıqlama çayları, qəhvələri, şokoladları və digər oxşar məhsulların sosial şəbəkələr vasitəsilə geniş şəkildə satışının təşkil olunmasıdır".
O bildirib ki, Agentlik tərəfindən həmin məhsullardan nümunələr götürülərək laborator müayinələr aparılıb: "Təəssüf ki, müayinə olunan bütün nümunələrdə insan sağlamlığı üçün ciddi təhlükə yaradan sibutramin və sildenafil maddələri aşkar edilib. Sibutramin ürək-damar sisteminə ciddi mənfi təsirləri səbəbindən dünyanın bir çox ölkəsində, o cümlədən dərman vasitələrinin tərkibində istifadəsi qadağan edilmiş aktiv maddədir. Bundan əlavə, kişilər üçün nəzərdə tutulmuş bəzi məcun və şokolad məhsullarının tərkibində bəyan edilməyən sildenafil maddəsi də aşkarlanıb. Bu səbəbdən Agentlik istehlakçılara belə məhsulları almamağı, əldə etdikləri halda isə onlardan qətiyyən istifadə etməməyi tövsiyə edir".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA
-
Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?
-
Kartofun ziyanı da varmış...
-
Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb
-
40 yaşdan sonra həyatınızı xilas edəcək dörd tibbi test
-
Diş minasını zədələməmək üçün bunları edin
XƏBƏR LENTİ
-
Xalq şairi reanimasiyadadır
-
Əməliyyatdan sonra Kəmalə Günəşlinin səhhətində problem yarandı: "Boğuluram" - (Video)
-
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - (Video)
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
-
Azərbaycanda 46 yaşlı qadın 55 dəfə "abort" etdirdi - (Video)
-
Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA
-
Tanınmış xanəndə efirdə ağladı - (Video)
-
Azərbaycanın UEFA reytinqində irəlilədi
-
İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
"Ziraat Bank Azərbaycan" 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
-
"Kəmalə Günəşli Aygün Kazımova ilə eyni sıradadır, 2-cidir" - (Video)
-
ABŞ zərbə endirdi, İran belə cavab verdi
-
Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Xankəndidə tikililərdə yanğın olub
-
Bu da Neymarın 23 milyonluq yeni yaxtası - (Foto)
-
Oğuzhan Uğur saxlanıldı - (Foto)
-
Trend BİA Dövlət Komitəsi tərəfindən təltif edilib
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib





