Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çoxmənzilli binalardan mənzil alan şəxslərlə bina tikən şirkətlər arasında ən çox rast gəlinən mübahisələrdən biri mənzilin sahəsi ilə bağlıdır. Əksər hallarda alıcı daşınmaz əmlakın dövlət reyestrindən aldığı çıxarışda qeyd olunan sahənin müqavilədə göstərilən sahədən az olduğunu gördükdə şirkətin müqaviləni pozduğunu hesab edir.
Ali Məhkəmə vurğulayır ki, belə işlərə baxılarkən ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri araşdırılmalıdır.
Əgər müqavilədə mənzilin sahəsinin hansı qayda ilə hesablanacağı (məsələn, içdən-içə, çöldən-çölə və ya şəhərsalma qanunvericiliyinə uyğun) ayrıca razılaşdırılıbsa, mübahisə həmin şərtlərə uyğun həll olunmalıdır.
Bu baxımdan, mənzil almaq istəyən şəxslər müqaviləni imzalamazdan əvvəl mənzilin sahəsinin hansı qaydada hesablanacağına dair şərtlərə xüsusi diqqət yetirməlidirlər.
Müqavilədə sahənin hesablanma qaydası müəyyən edilməyibsə, müqavilədə göstərilən sahənin mənzilin faktiki işçi sahəsinə uyğun gəlib-gəlmədiyi yoxlanılmalıdır. Mənzilin işçi sahəsi dedikdə bayır və ara divarlarının, habelə məhəccərlərin və sobanın altındakı sahələr nəzərə alınmadan və şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilmədən müəyyən edilən sahə nəzərdə tutulur.
Bu zaman yerində ölçmə aparılmalı və bu ölçmənin nəticəsində mənzilin işçi sahəsi müqavilədə razılaşdırılmış sahəyə uyğun gəlirsə, şirkət müqavilə üzrə sahəyə dair öhdəliyini lazımi qaydada icra etmiş hesab edilir. Əksinə, faktiki işçi sahənin müqavilədə nəzərdə tutulan sahədən az olduğu müəyyən edilərsə, bu artıq şirkətin müqavilə öhdəliyini qüsurlu icra etməsi kimi qiymətləndirilir.
Reyestr çıxarışında göstərilən sahə niyə müqavilədəki sahədən adətən az olur?
Daşınmaz əmlakın dövlət reyestrində mənzilin ümumi sahəsi şəhərsalma və tikinti qaydalarına uyğun balkon və terrasların sahələri müvafiq azaltma əmsalına vurulmaqla hesablanır. Bu əmsal həmin sahələri fiziki olaraq kiçiltmir, sadəcə ümumi sahənin normativ qaydada hesablanması üsulunu müəyyən edir.
Belə ki, balkon, terras və bəzi digər açıq sahələr yaşayış otaqları ilə eyni funksiyanı daşımır. Onlar adətən yaşayış üçün nəzərdə tutulmur, iqlim şəraitindən asılı olaraq məhdud istifadə olunur və istifadəyə yararlılıq baxımından daha aşağı dəyərə malikdir. Buna görə də onların faktiki ölçüsü tam həcmdə deyil, 0,3 əmsalı tətbiq edilməklə ümumi sahəyə daxil edilir.
Başqa sözlə, 0,3 əmsalının məqsədi ümumi sahəni kiçiltmək deyil, tətbiq edildiyi sahənin yaşayış sahəsi ilə müqayisədə normativ dəyərini müəyyən etməkdir.
Ali Məhkəmənin mövqeyinə görə şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş mənzilin ümumi sahəsinin hesablanması qaydaları dövlət reyestrində daşınmaz əmlakın vahid metodologiya üzrə uçota alınması məqsədi daşıyır və müqavilədə ayrıca razılaşdırılmadıqca mülki-hüquqi münasibətlərə avtomatik tətbiq edilə bilməz. Əks yanaşma müqavilə azadlığı prinsipinə zidd olar.
Odur ki, çıxarışda mənzilin sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş azaltma əmsalı tətbiq edilməklə müqavilədə göstərilən sahədən az hesablanması, əgər tərəflər müqavilədə mənzilin sahəsinin həmin qaydalara uyğun hesablanacağını razılaşdırmayıblarsa, şirkətin müqavilə öhdəliyini pozması anlamına gəlmir.
Bu zaman müqavilədə nəzərdə tutulan sahə faktiki olaraq mövcud olur, fərq yalnız dövlət reyestrində ümumi sahənin normativ qaydada hesablanması metodologiyasından irəli gəlir.
Mənzildə sonradan aparılan dəyişikliklər nəzərə alınırmı?
Əgər şəxs mənzili qəbul etdikdən sonra daxilində yenidənqurma və ya planlaşdırma işləri aparıbsa və nəticədə işçi sahənin bir hissəsi divaraltı sahəyə çevrilibsə, bu zaman öhdəliyin icrası mənzilin təhvil verildiyi vəziyyət və ilkin layihə sənədləri əsasında yoxlanılmalıdır. Sonradan daxili sahələrin divaraltı sahəyə çevrilməsi şirkətin ziyanına qiymətləndirilə bilməz.
Çatışmayan sahənin dəyəri necə hesablanır?
Əgər mənzildə sahə çatışmazlığı müəyyən edilərsə, alıcı çatışmayan sahənin dəyərinin ödənilməsini tələb edərkən mübahisəyə baxıldığı vaxt mövcud olan bazar qiymətlərinə əsaslana bilər.
Bu mübahisələrə dair iddia müddəti necə tətbiq olunur?
Çoxmənzilli binanın tərkib hissəsi ilə əlaqədar müqavilənin qüsurlu icrası ilə bağlı tələblər üzrə 5 illik iddia müddəti tətbiq edilir və bu müddətin axımı mənzilin fiziki təhvil alındığı gündən hesablanır.
İddiaçılar çox vaxt iddia edirlər ki, onlar qüsurlar barədə çıxarış əldə etdikdən sonra məlumatlı olurlar. Ali Məhkəmə bununla bağlı baxdığı konkret mübahisələr üzrə qeyd etmişdir ki, vətəndaşların mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlamaq imkanları vardır.
Nəticə etibarilə, iddia müddəti keçdikdən sonra qaldırılmış iddialar üzrə hətta mənzildə faktiki sahə çatışmazlığı müəyyən edilsə belə, cavabdeh şirkət iddia müddətinin tətbiqi barədə ərizə verərsə, iddia təmin edilməyəcəkdir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 46 yaşlı qadın 55 dəfə "abort" etdirdi - (Video)
-
Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
-
Trend BİA Dövlət Komitəsi tərəfindən təltif edilib
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib
-
Pelenin əfsanəvi forması rekord məbləğə satılıb
-
Binəqədi və Sabunçu rayonlarının bəzi ərazilərində qaz kəsiləcək
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - (Foto)
-
Bu dəfə Dağıstanda avtobus sürücüsü sərnişinlərdən küsdü - (Video)
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
-
Azərbaycanda 46 yaşlı qadın 55 dəfə "abort" etdirdi - (Video)
-
Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA
-
Tanınmış xanəndə efirdə ağladı - (Video)
-
Azərbaycanın UEFA reytinqində irəlilədi
-
İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanılıb
-
"Ziraat Bank Azərbaycan" 2026-cı ilin ikinci rübündə də dayanıqlı artım tempini qoruyub
-
"Kəmalə Günəşli Aygün Kazımova ilə eyni sıradadır, 2-cidir" - (Video)
-
ABŞ zərbə endirdi, İran belə cavab verdi
-
Ali Məhkəmə qərar verdi: Mənzildə çatışmayan sahənin pulunu geri ala bilərsiniz
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Xankəndidə tikililərdə yanğın olub
-
Bu da Neymarın 23 milyonluq yeni yaxtası - (Foto)
-
Oğuzhan Uğur saxlanıldı - (Foto)
-
Trend BİA Dövlət Komitəsi tərəfindən təltif edilib
-
Bəzi rayonlara yağış yağıb, külək güclənib
-
Pelenin əfsanəvi forması rekord məbləğə satılıb
-
Qızılın qiyməti 3 991 dollara düşdü
-
Dünya çempionatının finalını o idarə edəcək
-
Biləsuvarda üç avtomobil toqquşdu: 1 nəfər öldü
-
Neft qiymətləri bahalaşdı
-
Özündən 1 yaş böyük olduğunu öyrəndi - Reaksiyası gündəm oldu - (Video)





