İftardan və imsakdan sonra dərhal yatmaq təhlükəlidir? - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal reflüks riski artır".
Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdən sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına səbəb ola bilər. Bu, yanma hissi, diskomfort və həzm pozğunluqları ilə nəticələnə bilər.
"Bundan əlavə, həzm prosesinin effektiv getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir və yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti mədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan sınaqlar sübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər yüksəlməsini yarıya qədər azalda bilir".
E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaq üçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zəngin qidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhal sonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektiv strategiyalar hesab olunur:
"Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzində fiziki və zehni performansın optimal səviyyədə qalmasına imkan verir".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi
-
Bahadur Rzayev TƏBİB-in yeni rəhbəri oldu
-
AzMİ-nin Xətti-bucaq ölçmələri laboratoriyasında yüksək dəqiqlikli yeni bucaq etalonu quraşdırılıb - (Foto)
-
Bakıda su aparatlarını sındırıb pulları oğurladılar - Saxlanılanlar var - (Video)
-
"Qarşıma şərt qoydu, mən də ailəmi seçmədim" - Nahidə Orucova
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər





