Sağlamlıq

Şizofreniyanın yaranma səbəbi açıqlandı

19 Dekabr 2025 20:00
Baxış: 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəzi şizofreniya halları insanın öz immun sistemi ilə bağlı ola bilər.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, FMBA-nın Federal Beyin və Neyrotexnologiyalar Mərkəzinin direktoru Vsevolod Belousov danışıb.

Onun sözlərinə görə, praktikada elə şizofreniya halları mövcuddur ki, standart psixiatriya dərmanları təsir göstərmir. Sonradan isə məlum olur ki, xəstəlik beynin özünə deyil, immun sisteminin neyronlardakı müəyyən reseptorlara hücumu nəticəsində yaranıb. Bu hal tibbdə autoimmun şizofreniya kimi tanınır.

Belousov bildirib ki, oxşar mexanizm autoimmun koma hallarındə da müşahidə olunub. Bəzi pasiyentlərdə immun sisteminin NMDA-reseptorlarına qarşı anticisimlər yaratması nəticəsində beyin siqnallarının ötürülməsi pozulur. İmmun reaksiyanın dərmanlarla zəiflədilməsi isə bəzi hallarda xəstənin vəziyyətinin qəfil yaxşılaşmasına səbəb olur.

Mütəxəssis vurğulayıb ki, bu sahə olduqca mürəkkəbdir və psixi xəstəliklərin bir hissəsinin immun mexanizmlərlə əlaqəli olması tibbdə yeni yanaşmaların formalaşmasına səbəb olur.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.