Bəzi şizofreniya halları insanın öz immun sistemi ilə bağlı ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, FMBA-nın Federal Beyin və Neyrotexnologiyalar Mərkəzinin direktoru Vsevolod Belousov danışıb.
Onun sözlərinə görə, praktikada elə şizofreniya halları mövcuddur ki, standart psixiatriya dərmanları təsir göstərmir. Sonradan isə məlum olur ki, xəstəlik beynin özünə deyil, immun sisteminin neyronlardakı müəyyən reseptorlara hücumu nəticəsində yaranıb. Bu hal tibbdə autoimmun şizofreniya kimi tanınır.
Belousov bildirib ki, oxşar mexanizm autoimmun koma hallarındə da müşahidə olunub. Bəzi pasiyentlərdə immun sisteminin NMDA-reseptorlarına qarşı anticisimlər yaratması nəticəsində beyin siqnallarının ötürülməsi pozulur. İmmun reaksiyanın dərmanlarla zəiflədilməsi isə bəzi hallarda xəstənin vəziyyətinin qəfil yaxşılaşmasına səbəb olur.
Mütəxəssis vurğulayıb ki, bu sahə olduqca mürəkkəbdir və psixi xəstəliklərin bir hissəsinin immun mexanizmlərlə əlaqəli olması tibbdə yeni yanaşmaların formalaşmasına səbəb olur.
İsmayıl
Milli.Az