Qəbizliyə son qoyur - Gündə 2 stəkan içəndə bağırsaq “mühərrik” kimi işləyir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvənin zərərli olması ilə bağlı yayılan yanlış fikirlərə baxmayaraq, yeni elmi araşdırmalar bu içkinin sağlamlığa, xüsusən də həzm sisteminə mühüm faydalar verdiyini sübut edir. Mütəxəssis dietoloq Selahəddin Dönməz gündə 2-3 fincan qəhvə içməyin bağırsaqları aktivləşdirdiyini və qəbizlik probleminə kömək etdiyini bildirib.
Qəhvə tərkibindəki kafein və digər təbii maddələr sayəsində mədə turşusunun ifrazını artırır, öd və mədəaltı vəzinin fəaliyyətini stimullaşdırır. Bu isə bağırsaqlarda hərəkəti gücləndirərək qəbizliyi azaldır.
Elmi tədqiqatlara görə, gündə 2-5 fincan qəhvə içmək bağırsaq sağlamlığını yaxşılaşdırır və faydalı bakteriyaların sayını artırır.
Qəhvənin ac qarına içilməsinin mədə turşusunu məhv etdiyi barədə yayılan iddialar elmi əsasa malik deyil. Əksinə, təzə üyüdülmüş qəhvə mədədə turşu istehsalını artıraraq həzmi asanlaşdıra bilər.
Lakin mədə yarası və ya həzm problemləri olan şəxslərin ehtiyatlı olması tövsiyə edilir.
Qəhvə bağırsaqları stimullaşdıraraq qəbizliyin azalmasına kömək edir. Kafein bağırsaq əzələlərini və sinir sistemini aktivləşdirir, bu da daha müntəzəm tualet vərdişinə gətirib çıxarır.
Bəzi araşdırmalar göstərir ki, qəhvə bağırsaqlardakı faydalı bakteriyaların (xüsusən "bakteroidlər") artmasına da səbəb olur.
Reflü və ya qastritdən əziyyət çəkənlərdə qəhvə simptomları ağırlaşdıra bilər. Qəhvə mədənin aşağı sfinkter əzələsini boşaldır, bu isə turşunun qida borusuna keçməsinə səbəb olur.
Qastrit xəstələrində də qəhvənin qıcıqlandırıcı təsiri olduğu üçün bu içkinin azaldılması məsləhətdir.
Mütəmadi qəhvə içmək, ürək-damar xəstəliklərindən ölüm riskini 19%-ə qədər azalda bilər. Gündə 3 fincan qəhvə içənlərdə insult riski içməyənlərlə müqayisədə 30% daha azdır.
Qəhvə həmçinin qaraciyər xəstəliklərinə və qaraciyər xərçənginə qarşı qoruyucu təsir göstərə bilər.
Qəhvənin tərkibindəki polifenollar insulin və şəkər mübadiləsini yaxşılaşdırır. Araşdırmalara görə, gündə 3-4 fincan qəhvə içən şəxslərdə tip 2 şəkərli diabet riski 25%-ə qədər azalır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
XƏBƏR LENTİ
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
77 yaşlı Xalq artisti oğluna toy edir
-
Komandası tarix yazdı - göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
"21 ildir ki, bu üzük barmağımdadır"
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
-
Aida Quliyeva vəfat etdi - FOTO
-
“Anam kimi adam öldürməmişəm”
-
Medvedyev, Paşinyan və qaz riyakarlığının bədəli
-
Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq
-
Rubio: ABŞ və İran arasında irəliləyiş əldə olunub
-
“Barda olmamışam, stadiona getmişəm” - “Kəpəz”in baş məşqçisi
-
Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib - FOTO





