ÜST-dən növbəti xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlobal səhiyyə sahəsində son illərdə əldə edilən nailiyyətlərin geriləmə təhlükəsi ilə üzləşdiyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın dərc etdiyi "Dünya Səhiyyə Statistikası 2026" hesabatında bildirilir.
Qeyd edilib ki, səhiyyə sahəsində ümumi irəliləyişlər olsa da, müxtəlif risk faktorları bu inkişafı ləngidir və bəzi sahələrdə geriyə dönüş müşahidə olunur.
Vurğulanır ki, son 10 ildə profilaktika, müalicə və əsas səhiyyə xidmətlərinə çıxış genişlənsə də, bu tendensiya davamlı deyil və 2030-cu il üçün dayanıqlı inkişaf hədəflərinə çatmaq üçün dünya hələ də ciddi geridə qalır.
ÜST xəbərdarlıq edir ki, qarşısı alına bilən risklər - yoluxucu və qeyri-yoluxucu xəstəliklər, sosial bərabərsizliklər və zəif səhiyyə sistemləri əldə edilən nəticələri zəiflədir.
Hesabatda son illərə dair bəzi müsbət göstəricilər də yer alır. Bildirilir ki, 2010-2024-cü illər arasında HİV infeksiyalarında 40 faiz azalma qeydə alınıb, tütün və alkoqol istifadəsində isə eniş müşahidə olunub. Eyni zamanda, milyonlarla insanın təmiz su, sanitariya və gigiyena xidmətlərinə çıxışı yaxşılaşıb.
Bununla yanaşı, ÜST malyariya hallarının artdığını, anemiyanın geniş yayıldığını və uşaqlarda artıq çəki probleminin yüksəldiyini qeyd edir. Həmçinin dünyada hər dörd qadından birinin partnyor zorakılığına məruz qaldığı bildirilir.
Hesabatda vurğulanır ki, dünya əhalisinin təxminən dörddə biri səhiyyə xərcləri səbəbindən maliyyə çətinlikləri ilə üzləşir və milyonlarla insan yoxsulluq riski altındadır.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, mövcud məlumatlar həm irəliləyişləri, həm də dərin bərabərsizlikləri ortaya qoyur: "Bir çox insan hələ də sağlam həyat üçün əsas şərtlərdən məhrumdur. Daha güclü və ədalətli səhiyyə sistemlərinə ehtiyac var".
Təşkilat dünya ölkələrini səhiyyə sistemlərinə investisiyaları artırmağa və mövcud geriləmənin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Tibb tarixində ilk: 1500 kilometr uzaqlıqdan böyrək daşı əməliyyatı reallaşdı
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Yaşıl tərəvəz şirələri həqiqətən detoks effekti yaradır?
-
Kilosu 37 manatdan 10 AZN-ə düşdü: Sübh tezdən dağdan yığılır - FOTO
-
Ürək üçün ən faydalı yay giləmeyvəsi hansıdır?
XƏBƏR LENTİ
-
"Həmin əməliyyatdan sonra peşman oldum"
-
Günün qoroskopu: Alış-veriş edərkən ehtiyatlı olun
-
Elçin villasından VİDEO paylaşdı
-
ÜST-dən növbəti xəbərdarlıq
-
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
-
Konsulun həlak olduğu qəza yerindən VİDEO
-
Həddindən artıq çəki atması diqqət çəkdi - FOTO
-
Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
-
Bakıda “Hyundai” markalı avtomobil yandı
-
Azərbaycanın Təbrizdəki konsulu faciəvi şəkildə həlak oldu
-
Qadın karateçimiz Avropa çempionu olub
-
Xalq artisti oğluna xeyir iş etdi - FOTO
-
AZAL təyyarəsinin vurulmasına görə kompensasiya yaxın zamanda ödəniləcək
-
Sobada pambıq kimi antrikot resepti
-
AZAL İdarə Heyətinin sədri aviabiletlərin qiymətlərindən danışdı
-
77 yaşlı Xalq artisti oğluna toy edir
-
Komandası tarix yazdı - göz yaşlarını saxlaya bilmədi - VİDEO
-
"21 ildir ki, bu üzük barmağımdadır"
-
DÇ öncəsi məşqdə zədələndi, göz yaşları sel oldu - VİDEO
-
Aida Quliyeva vəfat etdi - FOTO
-
“Anam kimi adam öldürməmişəm”
-
Medvedyev, Paşinyan və qaz riyakarlığının bədəli
-
Acunun komandası İngilətərə Premyer Liqasına yüksəldi
-
Tramp İranla müharibə barədə qərarını sabah açıqlayacaq





