Ətri hara vuraq ki daha qalıcı olsun?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır. Mütəxəssislərin fikrincə, bədənin müəyyən nahiyələrinə vurulan ətir daha uzunmüddətli təsir göstərir.
Milli.Az-ın məlumatına görə dermatoloqlar bildirirlər ki, ətirin qalıcı olması üçün onu istilik yayan nöqtələrə tətbiq etmək lazımdır. Bu nöqtələrə biləklərin içi, boyun, qulaq arxası, dirsək bükümü və dizin arxa hissəsi daxildir. Çünki bu nahiyələrdə qan dövranı daha aktiv olduğuna görə bədən istiliyi yüksək olur və ətir molekullarının havaya yayılmasını sürətləndirir.
"Harvard Medical School" tərəfindən aparılan araşdırmaya görə, dəri quruluğu da ətirin qalma müddətinə təsir edir. Quru dəriyə vurulan ətir daha tez buxarlanır. Bu səbəbdən mütəxəssislər əvvəlcə dərini nəmləndirməyi tövsiyə edirlər. Ətirdən əvvəl istifadə olunan nəmləndirici kremlər ətirin dəriyə daha yaxşı hopmasına və uzun müddət qalmasına kömək edir.
Ətri paltara deyil, birbaşa dəriyə vurmaq da vacib hesab olunur. Paltar üzərinə vurulan ətirlər həm tez buxarlanır, həm də parçanın tərkibinə görə qoxunu dəyişdirə bilər.
Kosmetika sahəsində ixtisaslaşmış mütəxəssislər qeyd edirlər ki, ətiri dəridə ovmamaq lazımdır. Əks halda ətir molekulları parçalanır və qoxusu dəyişir.
Beləliklə, ətirin daha qalıcı olması üçün onun düzgün nahiyələrə, nəmləndirilmiş dəriyə vurulması və yayılmadan olduğu kimi saxlanılması tövsiyə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi





