Bu qidalar sizi tez qocaldır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların qocalması təbii proses olsa da, bəzi qidalar bu prosesi sürətləndirir. Əksər insanlar isə qocalmağı gecikdirmək və daha gənc görünmək üçün əllərindən gələni edirlər. Yaşlanmanın qarşısını aldığı deyilən məhsullar, cavanlaşmaq üçün edilən müxtəlif prosedurlar... Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır. Düzgün şəkildə qidalanaraq, müəyyən qidaları qəbul etməməyə diqqət edərək daha gənc görünmək mümkündür.
Milli.Az qafqazinfo.az-a istinadən dərini yaşlandıran bəzi qidaları təqdim edirik:
1. Həddindən artıq fast-food və çox qızardılan ət qəbul etmək insanı tez qocaldır.
2. Pendir, kolbasa, cips, kraker kimi məşhur qidalar böyük miqdarda duz ehtiva edir. Həddindən artıq duz istehlakı da bədəninizin susuzlaşmasına səbəb olur. Bu, dərinizin qırışmasına və daha tez qocalmağınıza gətirib çıxarır.
3. Qədərindən artıq şəkər istehlakı bədəninizdə qlikasiya adlanan prosesi sürətləndirir. Bu da dərinizi möhkəm saxlayan və qırışlardan qoruyan kollageni zədələyir.
4. Alkoqol susuzluğa, yəni su itkisinə səbəb olur. Buna görə də həddindən artıq miqdarda spirt istehlakı qocalmanı sürətləndirir. Bundan başqa alkoqol istehlakı, müxtəlif orqanlara təsir etməklə yanaşı, hüceyrələri zədələyən və dərinin qocalmasına səbəb olan sərbəst radikalların meydana gəlməsini təşviq edir.
5. Acı və ədviyyatlı qidalar qan damarlarınızı genişləndirdiyi üçün dəridə xəstəliklərin yaranmasına səbəb ola bilər. Bu da dərinizin qızarması, ləkələnməsi və tez qocalması ilə nəticələnir. Ara-sıra ədviyyatlı qidalar qəbul etmək olar, lakin bu cür qidaların tez-tez istifadəsi dərinizdə qabarcıqlara və qalıcı qızartılara səbəb ola bilər.
6. Trans yağ həm ürəyin, həm də dərinin ən böyük düşmənidir. Qızardılmış qidaların, fast-foodların, konservlərin tərkibində trans yağ var və bu da dəri sağlamlığına zərər verir. Trans yağların qəbulu dəridə qırışlar yaradır və vaxtından əvvəl qocaldır.
7. Qazlı içkilər çox vaxt şəkərlə zəngin olur, bu da qan şəkərinin səviyyəsini artırır. Yüksək qan şəkəri zamanla diabetə səbəb olur. Elmi araşdırmalar şəkərli içkilərin qocalmanı sürətləndirə biləcəyini göstərir.
Sağlam bir dəriyə sahib olmaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etməyə diqqət edin. Dərinin çoxlu vitaminlərə ehtiyacı var. A, C, E və kimi vitaminlər dəri sağlamlığını qoruyur. Dərinin sağlamlığını qorumaq üçün vücudunuzun hər gün ehtiyac duyduğu qədər su içməyi unutmayın. Su dəri üçün böyük nəm mənbəyidir. Hər gün 8-10 stəkan su içməklə dəri sağlamlığınızı qoruya bilərsiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi





