Sağlamlıq

Saunadan istifadənin faydaları

4 İyul 2024 20:30
Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Massaçusets Universitetinin alimləri müəyyən ediblər ki, saunadan istifadə menopoz zamanı çəki artımının qarşısını alır. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, araşdırmanın nəticələrini "Health News" nəşrində dərc olunub. 

Alimlər izah ediblər ki, menopozun başlaması (qadınlarda menstruasiyanın dayandırılması) təbii bir prosesdir və bu zaman yuxunun pozulması və çəki artımı kimi bir çox simptomlarla müşayiət oluna bilir. Bəzi araşdırmalar göstərir ki, qadınlar menopoza girən zaman hətta artıq çəki də qazanırlar.

Mütəxəssisləri hesab edirlər ki, qadın hormonlarının səviyyəsinin aşağı düşməsi, əzələ kütləsinin azalması və təbii yaşlanma orqanizmdə çəki artımına səbəb olan metabolik dəyişikliklərə səbəb olur. Bu səbəbdən də sauna kimi fəaliyyətlərin qadınlarda artıq çəkinin qarşısını aldığı müşahidə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.