Xərçəngə düşmən, gözəlliyə dost, qanazlığına çarə olan TUT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndi tut mövsümüdür. Çoxları bərəkəti aşıb daşan tut ağaclarının dibinə tökülüb turşuyan meyvələrindən şikayət edirlər. Amma əslində necə bir nemətin tanrı tərəfindən hədiyyə olunmasından xəbərsizdirlər.
Milli.Az lent.az-a istinadən tut bitkisinin və meyvəsinin faydalarından bəhs edir.
Deyilənə görə, tut ağacının ilkin vətəni Uzaq Şərq ölkələri - Çin və Yaponiyadır. Meyvənin 11 növü məlumdur. Bizə tutun ağı, bir də qarası tanışdır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Hər iki növ bütün rayonlarımızda geniş yayılıb.
Tibb elmi bildirir ki, əgər qanazlığınız varsa, ağ tut və qara tut yeyin: dəmirin miqdarı çox olduğundan yaxşı qan yaradıcı xassəyə malikdir, qanın keyfiyyətini artırır. Ona görə anemiya, qan azlığı olanlar bu meyvədən ilboyu təzəsini və qurusunu yesin.
Bir neçə il əvvəl alimlər açıqlamasında bildirib ki, ağ tut orqanizmdə yığılıb qalmış seliyi, bronxlardan bəlğəmi çıxarır, şirəsi öskürəyi kəsir, tərlədicidir. Bu məqsədlə tutun şirəsini için. Yarpaqları da, qabıqları da eyni təsir edir.
İstər təzə istərsə də, qurudulmuş tutu tez-tez xəstələnən, zəif insanlar yay-qış yesin. İmmuniteti qaldırır, orqanizmi səfərbər edir, maddələr mübadiləsini yaxşılaşdırır, insanı qüvvətləndirir. Hətta rənginin fərqli olmasından asılı olmayaraq, tut qaraciyəri toksinlərdən təmizləyir, işini yaxşılaşdırır, qaraciyər hüceyrələrini yeniləyir.
Qaraciyəri təmizləməyi bacaran tut, əlbəttə ki, ürək, qan-damar sağlığını da qoruyur. Qanı təmizlədiyindən, damarlardan pis xolesterini yuyur, qanın ürəyə normal işləməsini təmin edir. Nəticədə ürək yorulmur. Tut infarkt riskini azaldır, iflici önləyir.
Tibb mütəxəsisslərinin dediyinə görə, tut şirəsi insanın gözləri üçün çox faydalıdır. Retinapatiya və görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirir. 20 qram ağ tut bir stəkan suda 20 dəqiqə saxlanılıb içiləndə sidikqovucu təsir edir. Sidik kisəsi, sidik yolları, böyrəkləri tut şirəsi yuyur.
Tutun tərkibində olan antioksidantlar xərçəngə yoluxma riskini azaldır, xərçəngə tutulmuş insanda isə şişlərin azalmasına səbəb olar. Xüsusən, prostat xərçənginə qarşı çox təsirlidir.
Çox insanlar tut şirin olduğu üçün diabet xəstələrinə olmaz deyə düşünür. Lakin Amerika Diabet Dərnəyi 20 insan üzərində apardığı təcrübənin nəticəsində məlum olub ki, tut qanda qlükoza səviyyəsini düşürür. Tut antioksidant mənbəyi olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edir, dəri xəstəliklərində sağaldıcı təsiri var. Tut yarpaqlarını əzib zeytun yağı ilə qarışdırıb maska etmək dərini gözəlləşdirir. Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinə vasitədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)





