Sağlamlıq

Uşaqları vaxtından əvvəl qocaldan qidalar - JAMA Network

26 May 2024 23:20
Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya alimlərinin son elmi araşdırmalarının nəticələri sensasiya yaradıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, 3-6 yaş arası 1426 uşaq arasında keçirilən analizdə ultraemal edilmiş qidaların uşaqlara necə təsir etdiyi araşdırılıb.

Bu qidalar "zibil qidalar" hesab edilir.

JAMA Network Open dərgisində çap olunan nəticələrə görə, ultraqidalar orqanizmin ümumi vəziyyəti və metobolizmi dəyişir.

Kardiometobolik xəstəliklər - diabet, ürək-damar və piylənmə başlayır.
Artıq bu kimi metobolik pozulmalar uşaq yaşdan erkən başlayır və getdikcə artır.

Həkim nutrisoloq İqor Sitokov uşaqların bədənini zibil qabına çevirməyimizdən danışıb:

"Uşaq sağlamlığı üçün düzgün qidalanma hava-su kimidir. Bu qidalar uşaq orqanizmini qocaldır:

şəkər, şirniyyat, market meyvə şirələri, qazlı şirin içkilər - şokolad, konfet, pirojna, tort, peçenye, səhər tezbazar uşaq yeməkləri, sıyıqları, süni əlavələr olan yoqurt, batonlar, trans yağlar, marqarinlə zəngin qidalar, fast-fud, yüksək kalorili yağlı qidalar- çips, suxarılar, kartof fri, qızarmış toyuq əti həzm sistemindən tutmuş hormonal balansa kimi pozur".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.