Sağlamlıq

Hindistanda 24 uşaq öskürək dərmanından öldü

21 Noyabr 2025 18:30
Baxış: 81
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanda son aylarda ən azı 24 uşaq öskürək əleyhinə "Coldrif" şərbətindən ölüb.

Milli.Az xəbər verir ki, Tamilnad ştatının səhiyyə və dərman təhlükəsizliyinə cavabdeh məmurları şərbətin istehsalında istifadə olunan maddələrin zəhərli kimyəvi ilə çirklənmiş ola biləcəyini bildiriblər.

Bildirilir ki, "Sresan Pharmaceutical" şirkəti propilenqlikol (PG) həlledicisini yerli distribüterdən alıb, eyni gün həlledici başqa bir şirkət tərəfindən maye yuyucu və ətirləndiricilər üçün də istifadə olunub.

Hindistan polisi məsələ ilə bağlı araşdırmalara başlayıb və şərbətin dietilenqlikol ilə çirkləndiyi təsdiqlənib. Hüquq-mühafizə orqanları zəhərin həllediciyə necə daxil olduğunu müəyyən etməyə çalışır.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.