Sağlamlıq

Azərbaycanda uşaqlar arasında “ÖPÜŞ” xəstəliyi yayıldı - HƏKİMDƏN AÇIQLAMA

1 May 2024 22:20
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son zamanlarda insanlar arasında "epstein barr" virusu sadə dillə desək, "öpücük" xəstəliyi yayılıb.

Maraqlısı budur ki, bu virusa xüsusilə də uşaqlarda daha çox rast gəlinir.

Bəs, bu nə virusudur? Virusun hansı əlamətləri var? Bu kimi xəstəliklərdən qorunmaq üçün insanlar nə etməlidir?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı pediatr Elşən Tağıyev lent.az-a açıqlamasında bildirib ki, bu virus öpüş vasitəsilə yayılır.

Onun sözlərinə görə, elə məhz bu səbəbdən bu xəstəlik "öpüş" və ya "öpücük" xəstəliyi də adlanır:

"Əslində "epistein barr" virusu yüngül bir infeksiya kimi insana keçir. Yəni insan bu virusa yoluxduğunu hiss eləmir. Çünki bu virus yüngül halsızlıq, narahatlıqla özünü büruzə verir. Əlbəttə ki, bəzən ağır formalarda da keçirdənlər olur. Xəstəliyin ağrı formasına infeksion mononukleoz deyilir. Bu xəstəlik nəticəsində boğazda ağrı yaranır, limfa düyünləri şişir, dəridə səpkilər yaranır, qaraciyər və dalaq böyüyür. "Öpüş" xəstəliyi bəzən yalnız səbəbsiz qızdırma ilə də özünü büruzə verə bilər. Qızdırma 10-14 gün davam edə bilər. Bu virusa qarşı xüsusi bir müalicə yoxdur. Yalnız simptomatikdir. Yəni xəstədə hansı əlamətlər özünü büruzə verirsə, həmin əlamətlərə qarşı müalicə davam edir. Bu virusun qorxulu cəhəti bəzi insanlarda limfa düyünlərinin şişməsinə, yəni xərçəngə səbəb olur. Amma bu çox nadir baş verən hadisələrdən biridir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.