Sağlamlıq

Bamya toxumunun FAYDALARI – Belə istifadə edin

24 Aprel 2024 23:20
Baxış: 576
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bamya toxumu nədir? Bamya toxumları meyvəsi yetişdikdən sonra əmələ gələn kiçik, tünd qırmızı və ya qəhvəyi rəngdə, liflə zəngin toxumlardır. Meyvədən ayrıldıqdan sonra qurudulur.

Milli.Az lent.az-a istinadən doktor Mehmet Uçar bu barədə hazırladığı materialı təqdim edir.

Bamya toxumlarının faydaları nələrdir?

İmmunitet sistemini gücləndirir. Sağlam qidalanmaya böyük töhfə verən, beyin hüceyrələrinin canlı qalmasına və yenilənməsinə kömək edən bamya toxumu tərkibindəki B vitamini sayəsində unutqanlığın qarşısını alır. Bamya toxumu immunitet sistemini gücləndirərək orqanizmin xəstəliklərlə mübarizəsində mühüm rol oynayır.

Ürək dəstəkçisi. Bamya toxumu qan təzyiqini aşağı salan və ürəyin sağlamlığını qoruyan maqneziumun mənbəyidir. Ümumiyyətlə, maqneziumla zəngin qidaların istifadəsi infarkt və insult kimi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

Xolesterolu balanslaşdırır. Xolesterini aşağı salan qidalar arasında yer alan bamya toxumları həzm zamanı udulmaqdansa, bədən tərəfindən atılmasını təmin edən qalın gelə bənzər bir maddə ehtiva edir. Beləliklə, bamya toxumları xolesterolu azaltmaqda faydalı rol oynayır.

Gözlərə faydalıdır. Bamya toxumu tərkibindəki A vitamini və beta-karotin sayəsində gözlə əlaqəli xəstəliklərin qarşısını alaraq tor qişanın qorunmasında mühüm rol oynayır.

Böyrək sağlamlığını qoruyur. Böyrək xəstəliklərinə qarşı qoruyucu təsirə malik bamya toxumları xüsusilə diabet xəstələrinin yaşadığı böyrək zədələrinə qarşı faydalıdır. Amma eyni zamanda, çox istifadə edildikdə bamyadakı oksalat böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilir.

Xərçəngə qarşı immuniteti gücləndirir. Bamya toxumu immuniteti gücləndirdiyi üçün xərçəng hüceyrələrinin əmələ gəlməsinə qarşı dirənir və yayılmasının qarşısını alır.

Gərginlik və stressin qarşısını alır. Unutqanlıq və diqqəti cəmləməkdə çətinlik çəkənlər, yuxusuzluq, stress kimi problemləri olanların qida siyahısına bamya toxumunu əlavə etməsi məsləhətdir.

Bağırsaqları təmizləyir və arıqlamağa yardım edir. Bamya toxumu bağırsaqları rahatlaşdırdığı üçün maddələr mübadiləsini sürətləndirir, lifli quruluşuna görə toxluq hissi yaradır, sürətli arıqlamaqda təsirli olur. Kalori dəyəri aşağı olduğu üçün sağlam şəkildə arıqladır.

Oynaq və diz ağrıları üçün faydalıdır. Tərkibindəki K vitamini sayəsində sümüklərin bərpası və sağlamlığında təsirli rol oynayır. Müntəzəm olaraq istifadə edilən bamya toxumu osteoporoz və sümük xəstəlikləri riskini azaldır. Xüsusilə, yaşlandıqca diz bölgəsində maye itkisinin qarşısını almaq üçün bamya toxumu məsləhətdir. Diz ağrısı olanlar bamya toxumlarını çiy, bişmiş və ya toz şəklində istifadə edə bilər.

Təxminən 9-10 bamya toxumu həm suda isladıldıqdan sonra, həm də isladılmadan həb kimi qəbul edilir. Çay kimi dəmləmək, qatıqla qarışdırıb yemək və toz halında yeməklərdə istifadə etmək mümkündür.

Qaraciyərin sağlamlığını qoruyur. Bamya toxumu qaraciyəri qoruyur və onun yaxşı işləməsinə yardım edir. Xüsusən də bitki mənşəli məhlul axtaranlara qaraciyər üçün bamya toxumu məsləhətdir.

Şəkər xəstələrinə dostdur. Bamya toxumu tərkibindəki antioksidant sayəsində insulin müqavimətini azaltmağa kömək edir və qan şəkərini tənzimləyir.

Astma üçün təbii həll. Bamya toxumları toz halına salınıb bal və zeytun yağı ilə qarışdırıldıqdan sonra alınan məhlul bronxit və astmanın qarşısını almaqda təsirli olur.

Bamya toxumu necə istifadə edilməlidir? Bamya toxumu kiçik olduğu üçün su ilə həb kimi udula, çay kimi dəmlənib içilə, toz halına salınaraq qidalarla birlikdə qəbul edilə, qatıq və digər yemək məhsulları ilə yeyilə bilir. Əlavə olaraq 9-10 bamya yarpağını da otaq temperaturunda suda saxlayaraq suyunu içmək mümkündür. Allergiyası, xroniki xəstəlikləri olanlar, hər gün müntəzəm dərman qəbul edənlər, hamilə qadınlar həkimləri ilə məsləhətləşərək bamya toxumundan istifadə etməlidir. Məsələn, K vitamini qanın laxtalanmasına kömək etsə də, bamya tərkibindəki yüksək K vitamini qan durulaşdıran dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Qan durulaşdıran dərmanlardan istifadə edənlər daha diqqətli olmalı və bamyanı qida rasionuna daxil etməzdən əvvəl həkimlə ilə məsləhətləşmək lazımdır.  

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.