Səhiyyə Nazirliyi qriplə bağlı əhaliyə çağırış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir.
Milli.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır.
O bildirib ki, soyuq fəsillərdə kəskin respirator xəstəliklərin insanlar arasında yayılması daha çox müşahidə olunur:
"Fəsillər dəyişərkən immunitet müəyyən qədər arta və ya azala bilər. Soyuq hallarda əhalinin qapalı məkanlarda sıx toplaşması da kəskin respirator infeksiyaların yayılmasında rol oynayır. Eyni zamanda, qidalanmaya diqqət etmək lazımdır ki, immunitetimizi gücləndirə bilək. İmmunitet gücləndirildiyi halda yoluxma olmur, olsa da insan xəstəliyi rahat keçirir".
"İmmun sistemində problem olan insanlar özlərini qorumalıdırlar. Tənəffüs yollarının xroniki xəstəliklərindən əziyyət çəkən insanlar xəstəliyi daha ağır keçirirlər. Eyni zamanda, digər orqanlarında xəstəliklər olan şəxslər də risk qrupuna daxildirlər. 1 yaşa qədər uşaqlar da kəskin respirator xəstəlikləri ağır keçirirlər və ölüm halları daha çox bu yaş qrupunda olan körpələrdə müşahidə edilir. Buna görə 5 yaşa qədər uşaqları kəskin respirator xəstəliklərə yoluxmadan qorumaq lazımdır. Bununla yanaşı 65 yaşdan yuxarı şəxslər də kəskin respirator xəstəlikləri ağır keçirirlər. Onlar da bu xəstəliklərə yoluxmanın qarşısını almaq üçün profilaktik tədbirlər görməlidirlər", - deyə o qeyd edib.
Təyyar Eyvazov qeyd edib ki, qızdırma yüksək olarkən antibiotiklərin reseptsiz qəbulu barədə danışan mütəxəssis diqqətə çatdırıb ki, antibiotiklərin viruslara təsiri yoxdur:
"Həmin dövrdə antibiotiklərin istifadə olunması digər orqanizmlərə yan təsir göstərməsi ilə yanaşı immunitetə də mənfi təsir göstərir. İnsanlar bilməlidirlər ki, antibiotiklər bakterial infeksiyalarda təsirlidir. Yəni qripin bakterial fəsadları müşahidə edildiyi zaman antibiotik qəbul etmək olar. Bu isə ancaq həkim müayinəsi nəticəsində müəyyənləşdirilir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)





