Sağlamlıq

Çayı əsla belə içməyin - ciddi xəstəliklər yaradır

18 Fevral 2024 15:50
Baxış: 1 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çox isti çay və ya hər hansı isti içki ağız, boğaz və həzm sisteminə ciddi şəkildə zərər verə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, mütəxəssislər bununla bağlı xəbərdarlıq edib.

Bildirilir ki, içkilər 65 dərəcədən yuxarı istilikdə içildikdə qida borusunda yanma və qıcıqlanmaya səbəb olan ezofagit xəstəliyinə, zamanla isə xərçəng xəstəliyinə səbəb olur. Buna görə də çay, qəhvə və digər isti içkilərin bir az soyudularaq istehlak edilməsi tövsiyə olunur.

Bundan əlavə, çox çay içmək bəzi sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq kofein qəbulu yuxu problemləri, əsəbilik və ürək döyüntüsü kimi problemlərə yol açır. Bu səbəbdən çayı balanslı şəkildə istehlak etmək vacibdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.