Sağlamlıq

Bu faydalı qida da çox yeyəndə dərd verir

3 Fevral 2024 07:22
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq istifadəsi asılılığa səbəb olur.

Milli.Az xəbər verir ki, bu haqda türkiyəli diyetoloq Cemre Balkan məlumat verib.

Onun sözlərinə görə, tərkibində C, E, provitamin A, kalium, fosfor, dəmir, sink və selenium olan acı bibər sağlamlığa olduqca faydalıdır:

"Vitamin və minerallarla zəngin bu qida orqanizmi xəstəliklərə qarşı qoruyur və ağrıları aradan qaldırmaqda təsirlidir. Tərkibindəki liflə həzmsizlik və qəbizliyi də aradan qaldırır. Eyni zamanda, acı bibər yeyən fərdlərdə pis xolesterinin azaldığı müşahidə olunur".

Onun sözlərinə görə, araşdırmalar acı bibərin faydaları ilə yanaşı, zərərlərinin də olduğunu göstərir:

"Acı bibərin həddindən artıq istifadəsi asılılığa gətirib çıxarda bilər. Belə olduqda fərdlərdə halsızlıq və yorğunluq halları müşahidə olunur. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər acı bibərin istifadəsi zamanı diqqətli olmalıdır. Acı bibərin iştah açdığı düşünülsə də, araşdırmalar acı bibər qəbul edən insanların iştahının azaldığını göstərib. Acı bibər tərkibli məhsullardan istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət edin". /axar.az

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.