Sağlamlıq

Həkimlərdən tövsiyə: prostat xərçənginin adı dəyişdirilsin, çünki...

26 Yanvar 2024 08:30
Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı həkimlər prostat xərçənginin getdikcə aşağı dərəcəli olduğuna inanırlar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, alimlər bildiriblər ki, prostat xəırçəngi yavaş böyüyür və ya ümumiyyətlə böyümür və onu xərçəng və ya karsinoma (bədxassəli şiş) adlandırmaq olmaz.

"Wall Street Journal"da dərc olunan yazıda bildirilir ki, bu xəstəliyin adının dəyişdirilməsi kişiləri və onların ailələrini qorxu və stressə salmaqdan xilas edə bilər.

Həkimlər xəstələrin qorxusuna görə prostat xərçənginin adının dəyişdirməyi təklif ediblər. Bəzən həkimlər özləri qorxurlar, lazım olduğundan daha ağır müalicə üsulu tətbiq edirlər ki, bu da ciddi yan təsirlərə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə tibb sahəsi əvvəllər xərçəngin digər formalarının adını dəyişib: uşaqlıq boynu, sidik kisəsi və qalxanabənzər vəzin xərçəngi. Xərçəng xəstələrini qorxutmamaq üçün onların hamısı yenidən təsnifləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.