Sağlamlıq

Telefonu yanına qoyub yatanların nəzərinə - Baş ağrısı...

4 Noyabr 2023 08:49
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlki illərə nisbətən son vaxtlar insanlarda baş ağrılarının artması bir çox səbəblərdən qaynaqlanır. Onların ən başlıcası isə düzgün yuxu və qida rejiminə riayət olunmaması, həddindən artıq informasiyanın beyinə yüklənməsidir.

Bu sözləri axar.az-a açıqlamasında nevropatoloq Yeganə Rəşidova deyib.

Nevropatoloqun sözlərinə görə, bəzi insanlarda az hərəkətliliklə əlaqədar fəqərə problemi də baş ağrılarına səbəb ola bilər:

"Həqiqətən də yaşadığımız dövrdə informasiyasız qalmaq mümkün deyil. Lakin baş ağrılarının olmaması üçün insanın normal yuxu və düzgün qida rejimi olmalıdır. Mobil telefonlardan az istifadə etməli, həmçinin, yatan zaman ya telefonu söndürməli, ya da özündən 2 metr məsafədə saxlamalıdır. Eyni zamanda burada təmiz havada gəzintinin də xüsusi önəmi var", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.