Sağlamlıq

İnsanlar BU SƏBƏBDƏN kökəlir

20 Oktyabr 2023 22:05
Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloqlar artıq çəkinin yaranma səbəbini açıqlayıblar.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, aparılan araşdırmalar zamanı fruktozanın iştahı artırdığı və çəki almağa səbəb olduğu ortaya çıxıb.

Bu barədə dieqtoloq Riçard Conson bildirib. Onun sözlərinə görə, fruktoza insanı daha çox yeməyə təhrik edərək onun kökəlməsinə şərait yaradır.

Bu səbəbdən bəzi dietoloqlar şəkər tərkibli qidaların qəbulunu azaldılmasını tövsiyyə edir. Bəzi dietoloqlar isə düşünür ki, çəki atmaq üçün yağlı qidaların qəbulunu azaltmaq lazımdır.

Fruktoza (meyvə şəkəri, C6H12O6) monosakkariddir və təbiətdə ən çox yayılmış şəkərlərdən biridir. Fruktoza qida sənayesində bir şirinləşdirici olaraq geniş istifadə olunur. Fruktoza bədəndə karbohidratlardan (xüsusilə qlükozadan) da istehsal edilə bilər.
Məlum oldu ki, bu növ şəkər bədəndəki aktiv enerji səviyyəsini (ATP və ya adenozin trifosfat) azaldır və bu da aclığa səbəb olur. Nəticədə adam iştaha nəzarətini itirir və çox miqdarda karbohidrat, yağlı və yüksək kalorili yemək yeməyə başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.