Sağlamlıq

Bu şəxslər piylənmə riski altındadır

26 İyun 2023 18:00
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gün ərzində 30 dəqiqədən çox yatmaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, mütəxəssislər 18-65 yaş arası 3000-dən çox ispaniyalının məlumatlarını təhlil ediblər.

Nəticələr göstərib ki, gün ərzində 30 dəqiqədən çox yatan insanların bədən kütləsi indeksi yatmayanlara və ya yarım saatdan az yatanlara nisbətən 2 faiz yüksəkdir.

Eyni zamanda, axşam yeməyindən sonra uzun yuxuya üstünlük verən iştirakçılarda piylənmə riski 23 faiz, metabolik sindrom riski isə 40 faiz artıb.

Mütəxəssislər bunun gündüz yuxusu zamanı narahat bir duruş, həmçinin gecə yuxusunun pisləşməsi və pəhrizin dəyişməsi ilə bağlı ola biləcəyini istisna etmirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.