Sağlamlıq

Bu meyvələr kök insanlar üçün çox faydalıdır

3 May 2023 07:05
Baxış: 1 009
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kaliforniya San Dieqo Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, manqo yemək obez və ya artıq çəkidən əziyyət çəkən insanlarda bağırsaq bakteriyalarının sağlamlığına müsbət təsir göstərir.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, onların araşdırması "Food Science and Nutrition" jurnalında dərc olunub.

Mütəxəssislər 18-55 yaş arası bədən kütləsi indeksi (BKİ) ən azı 26 kq/m2 olan, yəni artıq çəkisi olan və ya piylənmədən əziyyət çəkən 27 nəfəri müayinə edib. Təcrübədə iştirak edən şəxsin orta çəkisi 94 kq olub. İştirakçılar iki qrupa bölünüb, birində manqo, digərində az yağlı peçenye verilib. Təcrübə təxminən üç ay davam edib.

Araşdırma bitdikdən sonra məlum olub ki, birinci qrupda ayrı-ayrı bakteriyaların sayı azalıb, növlərin sayı isə bərabərləşib. Mütəxəssislərin fikrincə, mikrob müxtəlifliyinə təzə meyvə və lif istehlakı müsbət təsir edir, qızardılmış qidalar və şəkərli içkilər isə mənfi təsir göstərir. Xərçəng, diabet və digər xəstəliklərin inkişafının qarşısını almaq üçün bağırsaq mikrobiomunu sağlam saxlamaq vacibdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.