Uşaqlarda dırnaqyemə vərdişi və onun ziyanı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzən əl dırnaqlarını yeyən uşaqlarla rastlaşırıq. Virus mənbəyi olan dırnaqlar orqanizmdə müəyyən zamandan sonra ciddi fəsadlar yaradır. Azyaşlı uşaqlarda isə həmin təhlükə ikiqat artır. Daim əli ağzında olan uşaqlar normadan üç dəfə artıq mikrob udmuş olur.
Dırnaq kerotin maddəsindən ibarət olduğuna görə təmiz olsa belə onu yeməyin fəsadları qaçılmazdır, çünki əllər nə qədər yuyulsa da, dırnaq altında toplanan mikroblar təmizlənmir. Təcrübə göstərir ki, uşaqlarda dırnaqyemə vərdişi təxminən 2-4 yaşından formalaşır.
Milli.Az xəbər verir ki, həkim-pediatr Səidə Əhmədova deyib: "Evdə və ya məktəbdə danlanacağını və ya etdiyi səhvə görə hansısa cəzanı alacağını biləndə, özünü düzgün ifadə etməyi bacarmayanda, yeni insanlarla tanış olanda, özünü düzgün qiymətləndirə bilməmək nəticəsində aqressiya yarananda dırnaqyemə halına rast gəlmək olur. Uşaqlarda dırnaqyemə halları irsi də ola bilər, valideynlərin hansındasa dırnaq yemə vərdişi olubsa, uşaqda təkrarlana bilər".
Uşaqlarda dırnaqyemə zamanla xroniki hal aldığına görə əllər görkəmini itirir, barmaqların dırnaq olan hissəsi yaralı və ya kəsilmiş kimi görünür. "Uşaqlarda dırnaqyemə bir neçə xəstəliyə səbəb ola bilər. Mikroblar dırnağın altında toplandığından həzm sistemi vasitəsilə bağırsaqlarda artıb çoxala, mikrofloranın pozulmasına səbəb ola bilər", - deyə S. Əhmədova bildirib.
Mütəxəssislərin fikrincə, dırnaqyemə bəzən ağır psixoloji pozuntunun əlaməti sayılır. Həmin vərdiş insanların içində olan daxili qarşıdurmanı əks etdirir. Həkim-pediatr deyib: "Valideynlər uşaqları dırnaq yeməyə görə danlamaqdansa, həmin vərdişin orqanizm üçün nə dərəcədə ziyanlı olduğunu, mikrobların dırnaq altında tolanılaraq bağırsaqlarda artıb çoxalmasını şəkil və ya video vasitəsilə onlara göstərsinlər".
Valideynlər uşaqların dırnaq gigiyenasına qulluq etməklə həmin vərdişi tərgitməkdə kömək edə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
XƏBƏR LENTİ
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)
-
“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)





