Sağlamlıq

Koronavirus yaddaş itkisinə səbəb olur

22 Mart 2022 15:06
0 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Huddersfild Universitetinin alimləri koronavirusun beynin immun reaksiyasına təsirini araşdırıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Molecular Neurobiology" jurnalında dərc edilib.

Məlum olub ki, SARS-CoV-2-nin insan hüceyrələrinə daxil olmaq üçün istifadə etdiyi sünbül zülalı bədənin qalan hissəsində olduğu kimi beyinin immun hüceyrələrinə də eyni təsir göstərə bilər. Virus beyində çoxala bilməsə də, yaddaş itkisi və beyin dumanlanması kimi bəzi pozğunluqlara səbəb olması mümkündür.

İndi mütəxəssislər koronavirus infeksiyasının beyinə təsir edib-etməməsi, onun gələcəkdə altsheymer və ya parkinson xəstəliyi kimi bəzi neyrodegenerativ xəstəliklərin inkişafına səbəb olub-olmamasını araşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.