Sağlamlıq

Ürək-damarlar üçün ən lazımlı yağ AÇIQLANDI

9 Mart 2022 23:58
0 Şərh     Baxış: 1 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürək-damar sistemini qoruyan və ən əvəzedilməz yağ soyuq sıxım bitki yağlarıdır.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, kardioloq Anna Koreneviç gündəlik qidalanmada bu yağların mütləq yer almasını tövsiyə edib. Həkim rafinə olunmamış yağ seçməyin özəlliyini açıqlayıb.

"Soyuq sıxım rafinə olunmamış təmiz zeytun yağı ürək-damarlar üçün qədimdən ən lazımlı yağ elan edilib.

Digər yağlardan kətan toxumu yağı, qoz yağı, kedr yağı, günəbaxan yağı, konoploye yağı Omeqa 3 və E vitamini ilə zəngindir.
Hər gün bu yağlardan birini seçib, 20-30 ml qəbul etməlisiz.

40 yaşdan sonra ürək-damarları qorumaq, xolesterinə qarşı bu yağlar çox vacibdir.

Xolesterini yüksək olan insanların qidası bu yağlarla hazırlanmalıdır.

Rafinə olunmuş və market piştaxtalarını bəzəyən yağlar isə isti termiki işlənmədən keçir, onlarda heç bir Omeqa və vitamin yoxdur, əksinə yemək hazırlayanda təkrar qızaraq damarları tıxayan kütlə əmələ gətirir. Rafinə olunmuş zeytun yağı belə təhlükəlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.