Sağlamlıq

8 saatlıq yuxunun bilmədiyiniz faydaları

7 Mart 2022 20:45
0 Şərh     Baxış: 1 010
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 saatlıq normal gecə yuxusu təbii antidepressant və cavanlıq iksiridir. Yuxu plastik cərrahı belə əvəz edə bilər.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, terapevt həkim Yelena Tixomirova 8 saatlıq yuxunun orqanizmə faydalarını açıqlayıb.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, 8 saatlı yuxu, eyni vaxtda yuxuya gedib, eyni vaxtda oyanmaq ən effektiv müalicə, cavanlıq prosedurudur.

"İdealda insan 23:00-da yatağa girib, səhər 7-də oyanmalıdır. Əgər istirahət günüdürsə, eyni vaxtda yatmalı, səhər gec oyana bilər.
Yalnız belə bir rejimdə hormonal sistem effektiv işləyir, piy, yağyandırma baş verir, əzələ və beyin bərpa olur.

8 saatlıq yuxu təbii sakitləşdirici, antidepressant təsir göstərir. Kökəlmək, qocalmaq istəmirsizsə, 8 saat yatın.

Psixoloq Pavel Javnerov da yuxu problemi yaşayanlarda təşviş, qorxu və depressiyanın çox olduğunu bildirib. Buna qarşı idman, tənəffüs gimnastikası və fiziki iş lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.