Sağlamlıq

Qalxanabənzər vəzinin xəstəliyi - tireotoksikoz

26 Dekabr 2021 06:33
0 Şərh     Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu xəstəlik qanda tireoid hormonlarının artması ilə müşahidə olunur. Xəstəliyə daha çox zobu olan insanlarda rast gəlinir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qanda tireoid hormonlarının artması zülal mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Xəstəlik zamanı insanda aşağıdakı hallar baş verir:

· Sinir sisteminin həssaslığının artması, yuxu pozulması və əsəbilik
· Tərləmə, yüksək hərarət
· Ürək döyüntülərinin artması
· Bütün bədənin titrəməsi
· Zəiflik, tez yorulma
· Aylıq tsiklin pozulması
 
Hərarətin artması, qusma, huşun itirilməsi xəstənin vəziyyətinin daha ağır olduğundan xəbər verir. Belə halda xəstə hətta komaya da düşə bilər. Tireotoksikozu təbii vasitələrlə də müalicə etmək mümkündür.

· Şəkər çuğundurundan 150 qr. götürüb, sürtgəcdən keçirt. Hər səhər acqarnına ye.
· Pişikotu kökündən 2 xörək qaşığı götürüb, 3 stəkan qaynar suya töküb, yarım saat dəmlə. Gün ərzində 3 dəfə bu qarışıqdan yarım stəkan içmək tireotoksikozu tamamilə sağaldacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.